2014-03-25

Bir Könüllülük hekayəsi- Könüllülük məni necə dəyişdi?

         Jessica Festa adlı bir könüllünün Taylandın Axa kəndində əldə etdiyi dünyagörüşü və təcrübə. Gəlin görək Könüllülük fəaliyəti Jessicanı necə dəyişdi?

           Səhər saat 6.  Qaldığım evdəki anamın ( host mother) mətbəxdəki hənirtisini hiss edirəm. Çox güman ki, hardasa 1 saat bundan əvvəl oyanıb. Yatağım rolunu oynayan taxta skamyada eşələnir, bel çantamı eşələyib məhraba çıxardıram. Səhərlər yuxudan oyanmaq üçün vedrədə soyuq su ilə duş almaqdan yaxşı heçnə yoxdur.
      
          Chiang Rai-də ki bu təcrübə mənim ilk təkbaşıma səyahətimdir. Düzünə qalsa ümumiyyətlə ilk səyahətimdir. Hər şey daxil səyahətimdən, Karib turlarından, luna parklardan həzz alırdım.
      
          Taylanda gəlməmişdən əvvəl heç vaxt fikirləşməmişdimki, evimdəki rahatçılıq olmadan yaşaya bilmərəm. Nyu Yorkda, isti duşdan həzz alır, maşın sürür, saçlarımı fenlə qurulayırdım və ən əsası tualetə hörümçəklərin və qara qurbağaların pusqusunda olmadan gedirdim. Bununla belə, Taylandın kəndlilərinin necə sadə bir yaşamının olduğunu, onların necə xoşbəxt olduğunu görmək məni həyatda əslində nəyin vacib olduğu haqqında fikirləşməyə məcbur edirdi. İndi isə, yerli baxımdan təcrübə əldə etmək üçün Axa kəndində ( Akha vilage) bir ailədə yaşamaq üçün gedirdim.

         Mən Taylanda ingiis dili dərsi demək üçün gələrkən, Axa sakinləri susuz idi. Könüllülər imkan daxilində su anbarı tikmə işinə köməklik etməliydilər. Bura mənim gəldiyim yer idi.

                                                               Ailə olmaq
Jessica və onun "ana"sı
            Əvvəllər heç vaxt bambuk ağacından hazırlanmış bir evdə yatmış olmasamda özümü evdəki kimi hiss edirdim. “Anam” hər dəqiqə əmin olmaq istəyirdiki mən toxam. Yediyimdən də əlavə düyü bişirir, ət hazırlayır tərəvəz yedirirdi. Bununla yanaşı məni təp-təzə yerli meyvələrlə bəsləyirdi. O hiss etdiki mən liçiyə ( lechees) üstünlük verirəm. Buna görə də hər dəfə mənə bir kasa saxlayırdı. Çox az olmasına baxmayaraq, o çox cömərd idi.

           Toplum da həmçinin özlüyündə çox qonaqpərvərdir. Gecələr mərkəzdə döşənməmiş beton üzərində- o yer ki kəndlilər performans sərgiləyirdilər,  görüşüb musiqidən həzz  alır, rəqs edir və oyunlar oynayırdıq.

           Həddindən ziyadə axmaqca bir mahnı oxunan müddətdə ətraflarındakı adamlarla əl-ələ tutaraq halay çəkirdilər.  Mən yavaşca yolumu küncə doğru dəyişdim, onları izləmək istəyirdim, amma eyni zamanda da içimdən onlara qoşulmaq gəlirdi. Qəflətən, kəndlilərdən biri hırıldaya-hırıldaya məni dairəni içinə dartdı.

          Baxmayaraq ki, o ingilis dilində danışa bilmir, amma drammatik hərəkətlər edirdi. Onun həyəcanı yoluxucu idi və onun necə istəklə səni həvəsləndirməsinin qarşılığı olaraq oynamamaq mümkün deyildi. O çalışırdı ki mənə qrupun bir üzvüyəm hissini bəxş etsin və bu onda çox yaxşı alınırdı.

         Yerli məktəbdə dərs demək, uşaqların qucağımda oturması, mən gələndə məni qucaqlamaları, “ana”-mın hər gün  nahar üçün mənə banan yarpaqları arasında büküb verdiyi düyü və tərəvəzlər- həqiqətən çox rahatlıqverici bir təcrübə idi.
        
          Su anbarı tikmə layihəsindən bir gün əvvəl.  Müəllimliyin sonuncu günüdə özümü qarışıq hislərlə dolu bir kürə kimi hiss edirdim. Xoşbəxtidim- bu uşaqlarla tanış olmuşdum. Kədərliyidim- onlardan ayrılırdım. Həmçinin Axa kəndinin sakinlərinin su ilə təmin olunması işində onlara kömək etmək üçün də həyəcanlı idim. Bir tərəfdəndə layihənin əziyyəti nöqteyi nəzərindən çox gərgin idim. Bu səbəbdən də, pozitiv görünüşün nə qədər vacib olduğunu bir daha yadıma saldım.

                                                          Su Anbarı Tikmə Günü




        “Cesi, tez ol qalx. Səhərdir, saat 5-dir” – Pam adlı başqa bir könüllü pıçıldayır və böyrümü dürtür. “Əgər  gecikmək istəmirsənsə qalxmalıyıq”


         Arxamı Pama tərəf çevirərək nəsə mızıldanırdım. Evin çölündən səslər və addımlar eşidilirdi. Dan yeri yenicə sökülürdü. Artıq bütün kənd oyanıb layihədə iştirak etməkçün hazır idilər. Mən isə gözlərimi açmağa belə ərinirdim. 
       Anamız bizə keçən gecədən qalan omlet gətirmişdi. Həmçinin nahar üçün bizə banan yarpaqlarının arasına düyü və ət bükmüşdü. O mənə plaşa bənzər bir paltar uzatdı. Hiss olunurdu ki yağış yağacaq. Məni hər bir ananın etdiyi kimi fəxrlə qucaqladı.
        Anbara sarı yürümək çətin idi. Kəndlilər meşənin qalın bir palçıqla bəzənmiş nazik cığırlarında yol açırdılar. Çəkələtim dəfələrlə palçığa yapışırdı. Hətta bir dəfə zərblə arxamın üstünə yıxıldım. Hardasa bir mil məsafə qət etdikdən sonra sıldırım bir dərənin başına çatdıq.

“ Burdan aşağı düşməliyik?” – Mən inamsız bir şəkildə Pamdan soruşdum.

        Onun cavabına ehtiyac yoxidi. Görürdümki, könüllülər bir-bir yoxa çıxır. Adama elə gəlirki aşağıdakı vadi onları udur. Mən artıq öz bacarıqsızlığımı nümayiş etdirmişdim. Çəklətlərimi çıxarıb qərara aldımki, aşağıya düşmək üçün başqa bir üsuldan istifadə edim. Şehli otların üstündə oturub arxası üstə aşağı düşməyə qərar verdim. Üst-başım kirlənə bilərdi, amma ən azından topuqlarım qırılmayacaqdı.

         Dərənin ətəyinə çatana qədər bir mil məsafədə qət etdik. Uzaqdan hiss etdimki bir neçə yaşlı kişilər yük maşınının yanındadı. Onlara yaxınlaşan kimi biri mənə tərəf çönüb baqajdan iki çuval uzatdı.
       
Gözlərim böyümüş halda “Bunları mənim daşımağımı istəyirsən?” -dedim

     1.57 sm uzunluğunda 52 kq çəkidə. Bilmirdim bunu daşımaq necə mümkünmolacaq. Bunu düşünə-düşünə gözüm Taylandlı balaca bir oğlana sataşdı. Güman ki. 7 ya da 8 yaşı olardı. Əlindəki 2 çuvaldanda bərk-bərk yapışaraq yanımdan keçdi.
      
“Deməli mümkündür” dedim öz-özümə.  Qısa bir dua oxudum və işə başladım.

        Of! Zibilə qalasan! Çəkinin çoxluğundan çuval ağzı əlimdə açıldı. Görünür çuval qum və qaya qırıqlarıyla doludur. Qızara-qızara çuvalın birini kişiyə geri qaytardım. Görək bir çuvalı necə, daşıya biləcəmmi?!
         
Mən də qalan könüllülərin ardınca dağa yol başladım.
        
       Cığır çox ensiz və kol-kosla dolu idi. Kolların arasından açıq aydın görünürdü ki yuxarıya dırmaşmaq imkansızdır. 

Qəfildən, cığır sıldırım bir yerə çatdı, o yer ki kimsə yıxılsa qol-qıçı xurd-xəşil olar.

 Su Anbarı hardadır? – bu sualı kəndlilərdən dəfələrlə soruşurdum. Bilirəm, yol boyunca balaca uşaq kimi davranırdım, amma bu zərrə qədər də məni maraqlandırmır. Daha taqətim qalmamışdı.

       Hardasa beş saata yaxın bir vaxtdan sonra, sua nbarının tikiləcəyi əraziyə çatmışdıq. Yaşlı kişilər su anbarının tikintisi üçün əllərindən gələni edir,çuvalları, qaya qırıqlarını tikinti yerinə daşıyırdılar. Mən də kömək etmək məqsədiylə oların arxasınca gedirdim. Amma gəldiyim yolu tapa bilmirdim, çaş-baş qalmışdım.

“Biz gedib çuval gətiməliyik” – Pam izah edirdi.

“Bunu edə bilmərəm” –Dərin bir köks ötürdüm. Gözlərimdə yaş gilələndi.

 “Amma biz bura bu insanlara kömək etmək üçün gəlmişik. Onların ehtiyacı olan şey budur. Su anbarını tikintisinin yekunundan sonar onların təmiz suyu olacaq.

         Mənə təsir edəndə elə budur. Ətrafıma göz gəzdirəndə bir anlığa hiss etdimki şikayət edən yalnızca mənəm. Bütün könüllülər, xüsusiylə kəndlilər hamısı işə sancılıb, xoşbəxtdirlərki bu anbar tikilər. Bu onlar üçün sözün həqiqi mənasında yeganə çıxış yoludur. Mən necə unuda bildimki, hər kəsin su kranını açan kimi sehirli bir şəkildə stəkanlarının təmiz su ilə dolması kimi bir komfortu yoxdur ?! Biraz olardı ki şikayətlənməyi bir kənara qoyub, hamı kimi mən də bu insanların həyatını xilas edəcək bu layihənin yekunu üçün çalışırdım.
Sevincək bir halda yük maşınına tərəf addımlayırdım. Əvvəlki coşğunluğum yenidən qayıtmışdı. Çuvalalrı maşından bizə verən Taylandlı kişilər məni görəndə deyəsən bayaq baş verənləri xatırlayaraq mənə tərəf ancaq bir çuval uzatdılar.

Mən başımı bulayaraq “ İki dənə götürəcəm” –dedim.                        

          Çuvalın ikisini də  çox asanlıqla mənzil başına çatdırdım. Orda olan hər kəslə birgə Anbar tikintisi tamamlanana qədər canla-başla işlədim. Günün sonunda sevinc və ümid hissi məni ağuşuna almışdı. Niyə də olmasın ? Axı bu anbar kəndlilərin həyatını xilas edəcək.

                                           Anbarın Tikintisindən Sonra

           Mən gördümki davranışımda kı dəyişiklik sadəcə o günə aid ani bir qaça-qaç deyildi. Evə gedən yolda yüksək əhval ruhiyəylə gözləri geniş açılmış halda “anam” məni qucaqladı. Çox utancaq biri olan “bacım” belə mənə isinmişdi artıq. Məni səylərim nəticəsində bir cəmiyyətə kömək xilas oldu. Amma daha neçə cəmiyyətin belə köməyə ehtiyacı var bilmirəm? 
          
           Bu çox tez bir zamanda məndə anadam gəlmə bir hissə çevrildi ki, orada həyat və səyahətlərdən, Mayamiyə səyahətlər, Veqasda könül oxşayan gəzintilərdən vacib şeylər var. Tezliklə evə qayıtdım. Və qayıdanda təkcə “Nyu Yorkda İnsanlıq üçün Təbii Şərait”-ə dəstək üçün yazılmamışdım. Həmçinin Qanaya( Afrika ölkəsi- Ghana ) bilet rezerv etdirmişdim. Orda yerli qadınlarla yaşayacaq və yetimxanada işləyəcəkdim.

          Əgər mən Taylanda səfər etməmişdən əvvəl məndən soruşsaydın ki hara səyahət etmək istəyərsən, cavabım yəqinki Safari ya da ki çimərliklə əhatəli bir yaşayış yeri olardı.

         İndi isə mən ehtiyacı olan cəmiyyətlərdə işləməyə fokus olmuşam. Və əlbətdəki hələdə ümid edirəm ki bir gün Afrikada bir Safariyə sahib olacam. İndi sadəcə fikirləşirəmki hələ etməli olduğum çox iş var.


İngiliscədən tərcümə etdi: Ehtiram Müzəffərli

2014-03-24

Postcard (poçt kart) necə göndərilir?

Salam, dostlar!
Hər birinizi salamlayıram. Sizlərə yerə-göyə sığdırmadığım postcard sevgimdən danışmaq istərdim. Amma buna vaxtımız çox olacaq, növbəti yazılarda bunu daha geniş yer ayıracam.
İndi isə sizə buna necə nail olmağım barədə, qısası bu sayt barədə məlumat verəcəyəm.
Əgər siz də xarici ölkələrdən sizə məktub, kart, hədiyyə gəlməsini istəyirsizsə yazacaqlarmı diqqətlə yerinə yetirin.
Saytın adı Postcrossing.com -dur. İstərdim qısaca olaraq bu layihə haqda məlumat verim. Daha sonra sayt necə işləyir buna toxunacam.
 Postcrossing online layihə olub, dünyanın müxtəlif yerlərindən olan istifadəçilərə poçt kart göndərmək və onlardan poçt kart qəbul etmək üçün əvəzsiz bir vasitədir. Sayt 2004-cü ilPaulo Magalhães tərəfindəndən təsis edilib. "Dünyanın hər hansısa bir yerinə- təsadüfi bir adama məktub göndər və sən də bir məktub al"  Göndərdiyin məktuba cavabın hansı ölkədən gələcəyi həmişə sirr kimi qalır.



Əvvəlcə hər biriniz Postcrossing.com saytında qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra birinci addım olaraq - adres əldə etməkdir. Bunun üçün sol paneldə Send a postcard-a sonra da Request address-ə klikləyirsiz. Təlimatları yerinə yetirdikdən sonra adres və kod ( məsələn: AZ-1956) əldə edəcəksiniz. Həmin kod kartın qeydiyyat şifrəsidir. Əgər kodu kartın üzərində yazmağı unutsanız, kart ünvanına çatdıqda kartı alan adam onu qeydiyyatdan keçirə bilməyəcək. Bunun üçün kodu səliqəli, oxunaqlı bir şəkildə kartın üzərində bir yerə yazın. Bu minvalla, 5 dənə kart göndərə bilərsiniz. Kartlarınız sahibinə çatdıqda sizin adresiniz təsadüfü bir istifadəçiyə verilir. Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyiniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatması lazımdır.

Deyək ki göndərdiyiniz kart sahibinə çatdı və sizədə kartlar gəlib. Kartı qeydiyyatdan keçirtmək lazımdır. Bunun üçün Register a postcard-a klikləyirsiz. Sizə gələn kartın üzərindəki kodu qeyd edirsiz və kartı qeydiyyatdan keçirirsiniz.

Bundan əlavə  "Direct Swap" deyilən bir şey var ki, siz  istənilən ölkədən olan biriylə email vasitəsilə əlaqə saxlayaraq qarşılıqlı poçt kart göndərmək istədiyinizi bildirə bilərsiz. Amma bu kartların heç biri profilinizdə qeyd olunmur.



            HAPPY P O S T C R O S S I N G !

2014-03-23

Anatidaefobiya-dünyanın harasında olursan ol ördəklərin səni izləyir olması qorxusu.

Anatidaefobiya yunancadan tərcümədə Anatadie - ördək, qaz, qu quşu. Phobos - qorxu deməkdir.
Anatidaefobiya- geniş yayılmış, irrasional bir qorxudur. Bu qorxuya sahib olan şəxs harda olur olsun düşünürki daima bir ördək tərəfindən izlənilir.
Bu adamlar fikirləşirki, fərqi yoxdur, nə edirlər etsinlər hər hansısa bir ördək onu izləyir.

Bundan əziyyət çəkən insanlarda bu qorxu uşaqlıqda aldıqları hərhansısa bir travma nəticəsində yaranır. Güman edilir ki insanlar bu travmanı ya ördək tərəfindən ya da hər hansısa suda yaşayan quş tərəfindən alır. Ola bilsinki uşaqlıqda ördək və ya  bu qəbildən olan bir heyvanın hücumuna məruz qalıb.

Fobiyanın simpomlarına narahatlıq və panik atak daxildir. Nəticə də ağız quruması, nəfəs daralması əzələ gərilməsi və s. yaranır.

Far Side cizgi filmi bu qorxunu azaltmaq üçün hazırlanmışdır.


Far Side Cizgi filmi- Gary Larson
İngiliscədən tərcümə: Müzəffərli Ehtiram