İtaliya
Cənubi Avropada yerləşən və rəsmi olaraq İtalya respublikası kimi tanınan bir
ölkədir. Əhalisinin sayına görə, İtaliya Avropada 5-ci dünyada isə 23-cü yerdədir.
Gəlin İtaliya haqqında daha maraqlı faktlara nəzər salaq.
İtaliya
haqqında maraqlı faktlar:
#1 Gözəl bir ölkə
Ø İtaliya “bel
pease” (gözəl ölkə) ləqəbli bir ölkədir
Ø İtaliyanın rəsmi
adı “Repubblica İtalica” (İtalya respublikası)-dır.
Ø Ölkə xəritədə
hündürdaban qadın çəkməsi formasındadır.
Ø İtaliya sözünün
mənası “buzovlar ölkəsi” deməkdir. Çox güman ki bu ad Cənubi İtaliya
tayfalarının simbolu sayılan buğa ilə əlaqədardır.
#2 Pendir
Ø Parma İtaliyada
Parmesan pendirinin istehsal olunduğu yerdir.
Ø İtalyanlar
pendirin hətta başqa növlərinidə yaratmışdılar, bunlardan Mozzarella,
Provolone, Ricotta və Gorgonzola-nı misal gətirmək olar
#3 Fay xətləri
Ø İtalyada başqa
Avropa ölkələriylə müqisədə daha çox vulkan mövcuddur. Ölkənin tektonik təbəqəsində
fay xətləri var.
Ø Etna, Vezuvi və
Stramboli keçən yüzillikdə püskürmüş və ölkədə əsas vulkanlardır.
Ø İtalyanlar zəlzələlərdəndə
yan qaça bilməyiblər. 1963-cü ildə zəlzələ nəticəsində 100.000 adam həlak
olmuşdur. 1980-ci ildə Nepaldakı yer sirkələnməsi nəticəsində isə 3000 adam həlak
olmuşdur.
#4 Üç fontan
Ø Dante Aliqyeri (1265-1321), Françeska Petrarka (1304-1374), Covanni Bokkacco ( 1313-1375) İtalyada bütün zamanların ən məşhur yazıçılarıdır. Onlar “Üç Fontan” kimi tanınırlar.
Ø Dantenin “İlahi Komediya”-sı ədəbiyyatda fövqəladə bir nüfuzə malikdir.
Ø Dante həmçinin İtalyan ədəbiyyatının atası hesab edilir.
Ø Dantenin “İlahi Komediya”-sı ədəbiyyatda fövqəladə bir nüfuzə malikdir.
Ø Dante həmçinin İtalyan ədəbiyyatının atası hesab edilir.
#5 Futbol (soccer)
Ø İtalyanlar
futbolla 1800-cü ilin sonlarında ingilislər tərəfindən tanış edilmişdir.
1930-cu ildə Mussolini futbolu beynəlxalq səviyyədə irəli çəkdi.
Ø Azarkeşlərv “tifosi”(
tifon daşıyan) adlandırılır. İtalyan azarkeşlər
qaba davranışlar sərgiləyirlər və onlar üçün heç bir qadağa olmadığını nümayiş
etdirir .
#6 Canlı Şahmat
Ø Bu gümanki
İtalyaya aid ən maraqlı faktdır : Canlı Şahmat 1454-cü ildə, İtaliyanın
Marostica adlı bölgəsində Marosticanın ən gözəl qızını kimin qazanacağını müəyyən
etmək üçün keçirilmişdir.
Ø Hətta indinin
özündə belə, Sentyabr ayında piazza(şəhər meydanı) canlı şahmat taxtasına
çevrilir.
#7 Kəşflər
Ø Dondurmanın stəkanı
( loru dildə desək: marojnanın vaflisi)İtalyanlar tərəfindən yaradılıb
Ø Espresso (qəhvə)
İtalyanlar tərəfindən fasilələri azaltmaq üçün yaradılıb.
Ø Termometr
italyanlar tərəfindən kəşf edilib.
Ø Həmçinin yazı
makinasını da italyanlar kəşf edib
Ø Dondurma və
pizzada itlayanların ixtirasıdır.
Ø Artıq qeyd
etdiyimiz kimi, pendiri də onlar kəşf edib.
#8 Qəribə faktlar
İtaliya
haqqında çox faktlar var, amma gəlin İtaliyaya aid qəribə faktlara nəzər salaq.
Ø Əgər İtalyanlar
düşünürlərki səhv etməyiblər, qətiyyən üzr istəmirlər.
Ø Səkiyə rəngli təbaşirlə
nə isə çəkmək oğurluğa bərabər bir cinayət sayılırdı və cəzalandırılırdı.
Ø İtalyanlar çox
xurafatçıdırlar. Faktlara görə, İtalyada 150.000 rəsmi qeydiyyatlı fala baxan,
cadügar var. 16 milyondan çox insan onların təklif etdiyi xidmətlərdən istifadə
edir.
Ø Mussolini Mikki
Mausu( Mickey Mouse) Topolino, Donald Dakı( Donald Duck) Paperino, Qufini( Goofy)
isə Pippo adlandırmışdır. O bunu İtalyan dilində xarici mənşəlli sözləri azaltmaq üçün
etmişdir.
#9 Daxildə iki
müstəqil dövlət
Ø İtaliya iki
müstəqil dövlətlə əhatə olunub
Ø Vatikan şəhəri
108.7 akrdır ( 1 akr=
4046.9m²) və özünün telefon şirkəti,radiosu, telestansiyası, pulu və möhürü
var. Vatikanın ordusu tarixi İsveçrənin mühafizəçiləridir.
Ø San Marino
Respublikası dünyanın ən qədim ölkələrindən biridir. Və ən qədim sabit
konstitusiyaya malikdir. San Marinonun 30.000 nəfərlik əhalisi var. Əhali
Sammarinalılar adlanır.
#10 Moda
Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Ermenegildo Zegna, Gianfranco Ferré, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton bunlar İtalyanın bəzi moda dizaynerləridir.

Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Ermenegildo Zegna, Gianfranco Ferré, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton bunlar İtalyanın bəzi moda dizaynerləridir.

İngiliscədən Tərcümə etdi: Ehtiram Müzəffərli









