Həyatımızın
virtual aləminə daxil olmayan hissəsində də xəbər oxuyur, videoya baxır,
otağımızı sevdiyimiz sənətçinin, komandanın, siyasətçinin posterləri, rəsimləri
ilə təchiz edir, 40 min insan tutumuna malik stadionda heç kimin bizi
tanımamasının bəxş etdiyi cəsarətlə gücümüz gələn qədər çığırıb söyüş söyür,
çoşumuza gələn və ya bizi sevindirən hadisələri ətrafımızdakılarla paylaşır,
söhbət edir, məlumatlarımızı ötürüb yeni şeylər öyrənirik.
Əvvəllər
evə gələn qonağın qabağına şəkil albomlarımızı düzüb yüzlərcə şəkil göstərməyimizlə
indi feysbukda(facebook) albomlar yaradaraq dostlarımızı “bəyənməyə” dəvət etmək
arasında nəsə bir fərq varmı?
Qısası:
internet real həyatda elədiyimiz, sevdiyimiz, vaxt sərf etdiyimiz şeylərdən,
davranışlarımızdan əmələ gəlir.
Necə ki,
“real həyatın” dalanları, qumarxanaları, yeraltı dünyası var, internetdə də vəziyyət
çox da fərqli deyil.
Virtual
aləmin jarqonunda deep web adlanan bir anlayış var. “Dərin internet” kimi tərcümə
etmək olar.
90-cı
illərin ortasında, internetin yayılmağa başlamasıyla bərabər geniş vüsət alan
“azadlıq” və “gizlilik” bəzi insanların o vaxta qədər içlərində böyüdüb
saxladığı azğınlıqların asanlıqla üzə çıxmasına səbəb olarakən bəzilərinin də
maraqlarına və qanunlarına zidd oldu. Bunun sayəsində normal bir insanın ağlına
belə gətirə bilməyəcəyi qədər ruhi xəstəlik və azğınlıq daşıyan məlumatlar
virtual aləmdə özünü biruzə verməyə başladı. 90-cı illərin sonu 2000-c ilin əvvəllərində
isə xüsusilə paylaşım (p2p – peer-to-peer) proqramlarının vasitəsiylə bu məzmunlar-
fayllar asanlıqla yayıldı və əlçatan oldu. Yenə də eyni təsirin məhsulu olaraq
bu məzmunlardan ibarət minlərcə ineternet saytları fəaliyyətə başladı.
Çox təəsüf
ki, dövlətlər və qanunlar bu vəziyyətə qarşı hərəkətə çox gec başladılar. Yenə
də bir çox ölkə və beyəlxalq müqavilələr bu tip məzmunlara, bunları paylaşan və
saxlayanlara çox cəbhəli və güclü bir savaş başlatdı. Çox ağır cəzalar və
sanksiyalar tətbiq olundu. Bir çox sayt rəhbərləri, hətta istifadəçiləri
ineternetdə unutduqları “tör-töküntü”lərdən dolayı izləndi, tutuldu, ağır həbs
cəzalarına məhkum edildi.
Elə deep
web anlayışı bu məzmunların sahiblərinin onlara qarşı başladılmış mübarizədən
sonra onların yer altına çəkilməsi və ələ keçməmək üçün müxtəlif cür tədbirlər
görməsiylə ortaya çıxdı. Ümumi təbirlə desək deep web “internetin
bataqlıqxanası” olaraq adlandıra biləcəyimiz, hər cür qanunsuz, əxlaq
normalarına zidd, etikadan kənar və ya da ki insanlıqdan kənar hər cür faylları
özündə saxlayan saytların ümumi adıdır.
Daha bəsit
bir nümunə deyim: interneti böyük bir okean olaraq təsəvvür edin. Siz də bir
balıqçı təknəsindəsiniz. Aşağıya qarmaq atanda əlinizə sadəcə qarmağa ilişənlər
gəlir çatır. Təknəniz nə qədər geniş, qarmağınız nə qədər böyük olursa olsun nəticə
yenə də eynidir. Əldə etdikləriniz bərabərdir qarmağa keçənlər. Deep web isə
torla balıq tutmaq, hətta çox vaxt nizə ilə balıq tutmaq kimi bir şeydir. Nə
axtardığınızı bilirsiniz, okeanın harasında olduğunu bilirsiniz, hədəf
alırsınız və ovlayırsınız.


Deep web
olaraq adlandırılan saytlar, olduqca qarışıq ad “kpvz7ki2v5agwt35” və “.onion “ sonluğa sahibdir. Belə saytlar
ancaq xüsusi bir brauzer tərəfindən açılır. Təməl olaraq deep web-ə daxil olan
saytlar parol və digər vasitələrlə qorunduğu üçün axtarış motorlarının siyahılarında
yer almır. Onu da qeyd etmək lazımdır ki, axtarış motorlarının xüsusi filtirləməsi
ilə bu növ məzmunlar əlçatmaz olur, yəni heç axtarış motorlarıda maraqlı deyilləriki
o məzmunlar axtarış zamanı ortaya çıxsın. Beləcə bu saytlar deep web-dəqalır.
Bayaqkı okean və qarmaq məsələsini yadınıza salın. Axtarış motorları bilərəkdən
qarmaqlarını dərinlərə enə bilməyəcək qədər qısa hazırlayırlar.
Deep web
haqqında çox geniş yayılmış bir yanlışlıq var. Bu sadəcə bir proqram yükləyib
ordanda bir vikipediya səhifəsini aça bilmək demək deyil. Yəni məktəblinin belə
rahatca, 10 dəqiqədə girəbildiyi saytlar, həqiqətən nə qədər qorxuducu və ürəkbulandırıcı
olsada deməliyəm ki bu deep web-in sadəcə görünən hissəsi- üzdə olan hissəsidir.
Və çox böyük bir hissəsi Trollardan ibarət yəni saxta, qurma ya da ki doğru
olsa belə onsuzda hər yerdən asanlıqla tapıla biləcək şeylərdir. Daha real və
xüsusi olma ehtimalına sahib məzmunlar şifrələrlə qorunmuş səhifələrdədir və o
səhifələrə daxil olmaq üçün də çoxlu pulunuz və ya ondan daha artığı olmalıdır.
Elə bax
yazının burasındaca onu da demək lazımdır ki, deep web sadəcə azğınlıqdan, ruhi
xəstəlikdən ibarət deyil əlbəttə. (məsələn,çox geniş e-kitab arxivi var. Amma
Şeytan İncili – Satanic Bible nüsxəsi və ya ölüdəniz yazmaları içində olduğu
iddi edilən yaxud vatikanın qadağan elədiyi deyilən arami dilindəki incilin mətni
nəyinizə lazımdır onu bilmirəm.) Eyni interneti digər hissəsi ya da real həyatdakı
kimi nəyi necə, nə məqsədlə istifadə etməyiniz çox vacibdir. Üstəlik qanunsuz
ola hər bir şeyin həmişə pis ola bilməyəcəyi də məlumdur. Amma biz yenədə ümumi
qənaət üzərindən hərəkət edirik.
Bəzi mənbələr
deep web olaraq adlandırdığımız saytların, daha “normal” ya da “üst hissə”
olaraq adlandırdığımız məzmunlardan həcim və ölçü olaraq 40-50 qat daha geniş
olduğunu iddia edirlər. Bunun səbəbi “dərinlərdə”
daha çox qovluğun- rəsmlərin, videoların və pdf-lərin olmasıdır.
Əslində
yazının buraya qədər olan hissəsində olduqca bəsit və sadə bir izahla əsas
olaraq texniki məumatlar vermək üçün yazdım. Çünki bir çox forum və lüğətlərdə
deep web haqqında sanki tamam başqa bir seqment, internetdən ayrı bir platform
kimi bəhs edilir.. Xüsusi ilə bir çox ərgənlər “zidd” bir şeylər eləməyin
verdiyi coşğu ilə, Alisin dovşan deşiyindən içəri düşməsi kimi, bir proqramla
qoşula bilinən, hər şeyin önünüzə sərildiyi fərqli bir dünya imici yaradıblar.
Dediklərinin çoxu da əfsanə və şişirtmədir. Daha doğrusu trolların həqiqət kimi
qəbul edilməsidir.
Yadda
saxlayın ki, soyuducusunun buzluğundan insan əti tapılan insanlar da eyni
sizin, mənim kimi, iki əli, iki ayaöı, üzündə gözü, qaşı, burnu olan, “normal”
görünüşlü insanlardır. Bəs siz üst qatda qalan qonşunuzun bunlardan biri
olmadığını hardan bilirsiniz ?
Deep
Web-ə necə daxil ola bilərəm? *
“Tor”
adlanan brauzerin köməyiylə buna nail ola bilərsiniz. Sadəcə brauzeri kompyuterinizə quraşdırmaq lazımdır. Daha sonra sonluğu .onion ilə bitən saytlara asanlıqla giriş edə biləcəksiniz.
Deep
Web-ə girməliyəmmi?
Təbii ki
orda olan qanunsuz məzmunlar və idarəsni itirmiş adamların bu məzmunlara
çatabilməsi ehtimalından dolayı daxil olmağı qətiyyən məsləhət görmürəm.
Siqaret çəkməməyi, içki içməməyi, yüksək sürətlə maşın sürməməyi, odlu silahla
oyun oynamamağıda məsləhət bilmirəm. Guya mənə qulaq asırsınız ki ?
Başıma
bir iş gələrmi ?
Əgər
qanunsuz məzmunlarla çox vaxt keçirib, kompyuterinizə yükləyib qarşı tərəfə
ötürsəz, burdan yüklədiklərinizi başqalarıyla paylaşsanız, kompyuterinizdə
saxlasanız, narkotik sifariş edib poçtla evinizə gəlməsini gözləsəz ya da ki bədən
tərbiyəsi müəlliminizi öldürtmək üçün kirayə qatil tutsanız böyük ehtimalla
başınıza həqiqətən nələrsə gələ bilər. “Deep web izlənilə bilməz” yalanına da
inanmayın.
Bundan əlavə,
tor brauzer müştəriləri sizin kompyuterinizi də bir “çıxış nöqtəsi” edəcəklər.
Bu o deməkdir ki Deep web-ə girən hər hansısa bir isitfadəçi hər hansısa bir məzmuna
öz İP-si ilə deyil sizin ya da başqa birini İp-si ilə girəcək. Yəni körpü
rolunu oynayacaqsınız. Bu da o deməkdirki hər hansısa kimsə deyəkki narkotik
sifariş verəcək amma nəticədə sizin İp istifadə olunacaq. Bu da sizin məsuliyyətə
cəlb olunmanız deməkdir. Siz sifariş etməsəniz belə.
Gözlərimə
inanımmı?
Həm hə həm
də yox. Kirayə qatil elanına inanıb 10 min euro göndərməyi ağlınıza da gətirməyin.
Silah elanlarının da həqiqi olmadığına əmin olun. Axı niyə biri internetdə qul
satsınki? Digər tərəfdən də hə inanın. Dünya həqiqətən də orda göründüyü qədər
iyrənc bir yerdir. Əmin olmaq üçün bir-iki gün qəzetlərin 3-cü səhifəsini
oxuyun.
*tərcüməyə əlavə
Məqalənin müəllifi: Kaan Göktaş
Türkcədən tərcümə etdi: Ehtiram Müzəffərli