Xarici
dil öyrənmək istəyirsən? Amma kurslardan və ya müəllimlərdən aldığın dərs səni
qane etmir. Necə düşünürsən xarici dili həmin dilin daşıyıcısından öyrənmək yaxşıdır yoxsa başqa cür? Mən deyərdim yerli
dil daşıyıcısından. Əgər siz də belə düşünürsünüzsə, məqaləni oxumağa davam
edin.
Italki.com
saytı dili elə həmin dilin daşıyıcısından öyrənmək imkanını telefonunuza,
tabletinizə, kompyuterinizə belə demək olarsa evinizə gətirir.
Qısaca olaraq
sayt haqqında onu deyimki, sayt 2006-cı ilin Dekabr ayında yaradılıb və Honq
Konqda rəsmi qeydiyyatdan keçib. Məqsəd istənilən dilə səlis şəkildə yiyələnməyinizi
təmin etməkdən ibarətdir. Saytda 1.5 milyondan çox tələbə, 2000-dən çox müəllim
və 100-ə yaxın dili öyrənmək imkanı var.
Saytda
qeydiyyatdan keçdikdən sonra öyrənmək istədiyiniz dili(ləri) seçirsiniz və
başlayırsız müəllim axtarmağa. Professional teachers bölməsindən peşəkar müəllimlərdən
birini seçib həmin müəllimə vaxt müəyyən edirsiniz və dərs almağa başlayırsınız.
Əgər Peşəkar müəllimdən yox adi bir dil daşıyıcısından dərs almaq istəyirsinizsə
daxil olursunuz İnformal Tutoring bölməsinə, ordan istədiyiniz müəllimi
seçirsiniz, vaxtı müəyyən edib başlayırsınız. Yox elə bir başa dərsə başlamaq
istəyisinizsə, elə isə daxil olursunuz İnstant Tutoring bölməsinə, öyrənmək istədiyin
dili tədris edən müəllimi seçirsiniz və elə həmin an dərsə başlayırsınız.
Amma
unutmayın ki, müəllimlərə tədris etdiyi dərsin qarşılığında pul ödəyirsiniz.
Peşəkar və ya adi müəllim fərq etməz, dərslərə saatına görə pul ödəməlisiniz.
Qorxmayın elə də baha bir şey deyil. Dərslərin saatı 4-5 manatdan başlayır və
bu qiymət 20-25 Manat + olaraq dəyişir. Hər qiymətə müəllim tapa bilərsiniz. Bundan əlavə,
müəllimlərin əksəriyyəti sınaq dərsləri təklif edir- yəni həmin dərsi izləyisiz, sizi qane edirsə o müəllimi seçirsiniz, amma bu videoları da izləmək üçün ödəniş etməlisiniz.
Sınaq dərsləri yarım saatdan ibarətdir.
İstəsəniz
əvvəlcə seçdiyiniz müəllimin profilində yerləşdirdiyi tanışlıq videosuna baxa
bilərsiniz. Eyni zamanda müəllim haqqında ətraflı oxuya bilər, ondan sayt vasitəsiylə
dil dərsi alan tələbələrin müəllim haqqında ki rəyləri ilə tanış ola bilərsiniz.
Əgər bunların heçbirini istəmiyib, pul
ödəmədən dərs almaq istəyirsinizsə Language partner bölməsindən buna nail ola
bilərsiniz. Misalçün, baxırsızki kimsə Azərbaycan dili öyrənmək istəyir, özüdə
İtaliyadandır və ya İtalyan dilini bilir. Siz də İtalyanca öyrənmək istəyirsiniz.
Həmin adamla danışırsız qarşılıqlı olaraq bir-birinizə kömək edirsiniz və öyrənirsiniz.
Özünüzə yeni dostlar tapırsınız.
!!!Və əgər
siz də dərs deyib, evdə oturaraq pul
qazanmaq istəyirsinizsə burda müəllim kimi qeydiyyatdan keçib dərs deyə bilərsiniz. Bunun üçün daxil olursunuz apply to be a teacher bölməsinə.
Xarici
dil öyrənmək istəyən hər kəsə bu yolda uğurlar arzulayırm. Ümid edirəm istədiyinizi
bu saytda tapacaqsınız. Buna əminəm.
Bir daha uğurlar!


No comments:
Post a Comment