Bu vaxta
qədər feysbukda və ya başqa yerdə oxumayıbsınızsa, zəhmət olmasa 2 dəqiqə vaxtınızı ayırıb aşağıdakı hekayəni
oxuyun.
Dostumla
balaca bir restorana getdik və sifarişimizi verdik. Stolumuza yaxınlaşarkən restorana 2 adam daxil oldu və piştaxtaya yaxınlaşdı:
-
“5 fincan qəhvə, zəhmət olmasa. İkisi bizim üçün, üçü isə asqıya”
Onlar pulu ödədilər və iki fincan qəhvələrini alıb
getdilər. Mən dostumdan soruşdum:
- “Bu asqıya alınmış (suspended) qəhvə nədir belə?
- “Gözlə
biraz, özün görəcəksən...”
Daha bir
neçə adam gəldi. İki qız hərəsinə bir dənə qəhvə aldılar, pulunu ödəyib getdilər.
Növbəti sifariş 7 fincan idi və 3 nəfər vəkil sifariş vermişdi: üçü özlərinə,
dördü asqıya
Beynimdə
bu asqıya alınmış qəhvələrin nə olduğunu müəyyən etməyə çalışarkən, parlaq günəşli
havadan və restoranın qarşısındakı meydanın gözəl görünümündən məst olurdum.
Qəfildən, köhnə-kürüş paltarlı, dilənçi görkəmindi bir kişi qapıdan içəri girdi
və mehribancasına soruşdu:
-
“Asqıya
alınmış qəhvəniz var?
Əslində
sadədir... İnsanlar isti bir qəhvə almağa imkanı olmayan kimisə nəzərə alaraq əvvəlcədən
qəhvənin pulunu ödəyirlər. Ümumilikdə naməlum biri tərəfindən edilmiş xeyirxah
bir əməl də deyə bilərik.
![]() |
| Öz qəhvəni al, başqa biri üçün isə asqıya qoy... |
Bəzi
yerlərdə yalnızca qəhvə ilə kifayətlənməyib, həmçinin sendviç və ya yemək də
ala bilərsiniz. Bu yolla evsiz insanlar bir az da olsa yemək yemiş olurlar.
Vacib deyilki baha bir şey olsun
dolardan 13 dollara qədər bir şeylər ala bilərsiniz.
Bəs bu ənənənin
kökü hara dayanır ?
Asqıya
alınmış qəhvə (orijinal adı- “caffe sospeso” yaxud “caffè pagato”) ənənəsi
İtaliyanın cənubunda Neapol şəhərində yaranıb və bütün dünyaya yayılıb.
Tarixə nəzər
salsaq, müharibədən dərhal sonra, bir çox centlmenlər sahib olduqları hər şeyi
itirmişdilər. Hətta bir fincan qəhvə almağa belə imkanları çatmırdı.İndi, bu qara
isti həzz bir qonaqlıq kimi yox, hər bir Neapollunun adi insan hüququ kimi
sayıldığından, hələ də qəhvə almağa gücü çatanlar iki dənə qəhvə almaq kimi bir
vərdişə yiyələnmişdilər. Birini içirdilər birinin isə sadəcə pulunu restorana ilk gələn az şanslı biri üçün əvvəlcədən ödəyirdilər. Belə
olan halda Barista* deyirdi : “ Qəhvə istəyirsiz ,cənab? Mənası isə- Almağa
imkanınız yoxdursa, bizdə sizin üçün əvvəlcədən pulu ödənilmiş qəhvə var – deməkdir.
2010-cu
ildəki hesaba görə bu ənənənin 100 ildən artıq tarixi olduğu iddia olunur.
Əliaçıqlığı,
ləyaqəti və qəhvənin ləzzətini bu acı günlərdən kənar tutmaq üçün bəxşişi verən
və qəbul edənlər bir-biriləri üçün gizli olaraq qalardı.
Niyə
iştirak etməlisən?
Könüllü
kimi:
-Ucuz başa
gələndir (təxminən 1 dollar)
-İstədiyin
vaxt əvvəlcədən ödəniş edə bilərsən,
-Xoşbəxt
olduğunda, aradabir, edə bilərsən.
Bir restoran sahibi kimi:
-Müştərilər
arasında etibarlı əlaqələr yaratmağa kömək edə bilərsiz,
-Qapıda
və ya pəncərədəki yazını görən, maraqlı yeni
insanlar gələ bilər,
- Asan
və tez eləmək üçün: bir kasa götürün, içinə biletlər qoyun və ya kağızda
yazın ki əvvəlcədən ödənilmiş sifarişlər,
- Restoranın çölünə belə bir kağız qoya bilərsiz, müəyyən
saatlar aralığında PULSUZ QƏHVƏ yaxud YEMƏK verilir. Beləcə dar macalda həmin
adamlara qulluq etmək məcburiyyətində qalmazsınız,
-Bunu yalnızca
istəyən müştərilərə edə bilərsiniz,
-Bu sizdən
pul tələb etmir.
*Barista- restoranda qəhvə hazırlayıb, paylayan adam.
İngiliscədən tərcümə etdi: Ehtiram Müzəffərli




No comments:
Post a Comment