2014-08-17

Asqıya alınmış qəhvə (suspended coffee) nədir?

                                  
                                     
                                          
        Bu vaxta qədər feysbukda və ya başqa yerdə oxumayıbsınızsa, zəhmət olmasa  2 dəqiqə vaxtınızı ayırıb aşağıdakı hekayəni oxuyun.

Dostumla balaca bir restorana getdik və sifarişimizi verdik. Stolumuza yaxınlaşarkən restorana 2 adam daxil oldu və piştaxtaya yaxınlaşdı:
-          “5 fincan qəhvə, zəhmət olmasa. İkisi bizim üçün, üçü isə asqıya”
     Onlar pulu ödədilər və iki fincan qəhvələrini alıb getdilər. Mən dostumdan soruşdum:

-         “Bu asqıya alınmış (suspended) qəhvə nədir belə?
-         “Gözlə biraz, özün görəcəksən...”

Daha bir neçə adam gəldi. İki qız hərəsinə bir dənə qəhvə aldılar, pulunu ödəyib getdilər. Növbəti sifariş 7 fincan idi və 3 nəfər vəkil sifariş vermişdi: üçü özlərinə, dördü asqıya
Beynimdə bu asqıya alınmış qəhvələrin nə olduğunu müəyyən etməyə çalışarkən, parlaq günəşli havadan və restoranın qarşısındakı meydanın gözəl görünümündən məst olurdum. Qəfildən, köhnə-kürüş paltarlı, dilənçi görkəmindi bir kişi qapıdan içəri girdi və mehribancasına soruşdu:
-          “Asqıya alınmış qəhvəniz var?

Əslində sadədir... İnsanlar isti bir qəhvə almağa imkanı olmayan kimisə nəzərə alaraq əvvəlcədən qəhvənin pulunu ödəyirlər. Ümumilikdə naməlum biri tərəfindən edilmiş xeyirxah bir əməl də deyə bilərik.
Öz qəhvəni al, başqa biri üçün isə asqıya qoy...



      Bəzi yerlərdə yalnızca qəhvə ilə kifayətlənməyib, həmçinin sendviç və ya yemək də ala bilərsiniz. Bu yolla evsiz insanlar bir az da olsa yemək yemiş olurlar. Vacib deyilki baha bir şey olsun  dolardan 13 dollara qədər bir şeylər ala bilərsiniz.

                                           Bəs bu ənənənin kökü hara dayanır ?
      Asqıya alınmış qəhvə (orijinal adı- “caffe sospeso” yaxud “caffè pagato”) ənənəsi İtaliyanın cənubunda Neapol şəhərində yaranıb və bütün dünyaya yayılıb.

      Tarixə nəzər salsaq, müharibədən dərhal sonra, bir çox centlmenlər sahib olduqları hər şeyi itirmişdilər. Hətta bir fincan qəhvə almağa belə imkanları çatmırdı.İndi, bu qara isti həzz bir qonaqlıq kimi yox, hər bir Neapollunun adi insan hüququ kimi sayıldığından, hələ də qəhvə almağa gücü çatanlar iki dənə qəhvə almaq kimi bir vərdişə yiyələnmişdilər. Birini içirdilər birinin isə sadəcə pulunu restorana ilk gələn az şanslı biri üçün əvvəlcədən ödəyirdilər. Belə olan halda Barista* deyirdi : “ Qəhvə istəyirsiz ,cənab? Mənası isə- Almağa imkanınız yoxdursa, bizdə sizin üçün əvvəlcədən pulu ödənilmiş qəhvə var – deməkdir.

2010-cu ildəki hesaba görə bu ənənənin 100 ildən artıq tarixi olduğu iddia olunur.

Əliaçıqlığı, ləyaqəti və qəhvənin ləzzətini bu acı günlərdən kənar tutmaq üçün bəxşişi verən və qəbul edənlər bir-biriləri üçün gizli olaraq qalardı.


Niyə iştirak etməlisən?
Könüllü kimi:
-Ucuz başa gələndir (təxminən 1 dollar)
-İstədiyin vaxt əvvəlcədən ödəniş edə bilərsən,
-Xoşbəxt olduğunda, aradabir, edə bilərsən.
Bir restoran sahibi kimi:
-Müştərilər arasında etibarlı əlaqələr yaratmağa kömək edə bilərsiz,
-Qapıda və ya pəncərədəki  yazını görən, maraqlı yeni insanlar gələ bilər,
- Asantez eləmək üçün: bir kasa götürün, içinə biletlər qoyun və ya kağızda yazın ki əvvəlcədən ödənilmiş sifarişlər,
- Restoranın çölünə belə bir kağız qoya bilərsiz,  müəyyən saatlar aralığında PULSUZ QƏHVƏ yaxud YEMƏK verilir. Beləcə dar macalda həmin adamlara qulluq etmək məcburiyyətində qalmazsınız,
-Bunu yalnızca istəyən müştərilərə edə bilərsiniz,
-Bu sizdən pul tələb etmir.


*Barista- restoranda qəhvə hazırlayıb, paylayan adam.

İngiliscədən tərcümə etdi: Ehtiram Müzəffərli