2014-12-20

Nyu Yorkun insanları 1-ci hissə

Məşhur facebook səhifələrindən biri olan "Humans of New York" səhifəsindən götürülmüş 15 insanın həyatlarındakı maraqlı anlar və onların kiçik hekayələri.

1.
Gün gələcək 60 yaşında biri kimi görünəcək və 18 yaşındakı kimi hiss edəcəksiniz. Görəsən necə olacaq?


2.
“ Doslarımla aramızda bəzi münaqişələr var.” 
“Niyə ki? 
“Məncə, hamımız artıq hərkəsin bir-birinin arxasınca danışdığının fərqinə vardığımız bir yaşdayıq”


3.
“Mən Mişel Obama ilə şəkil çəkdirmişdim, amma onlar şəkli mənə vermədilər. Heç kim də mənə inanmır!”


4.
“O dəfə Saks Fifth Avenue-da idim və liftə mindim. Liftdə bir qadın varidi. Qadın artıq 7-ci mərtəbəni seçmişdi. Lakin məni liftdə görən kimi, liftdə 2-ci mərtəbəni seçdi” 
“Bəs bu sənə necə təsir bağışladı?” 
“Oraya aid deyilmişəm kimi bir hiss.”


5.
“Həyatda öz yollarını tapmaq üçün uşaqlarıma kömək etməyə çalışıram.” 
“Bunu edərkən qarşılaşdığın ən çətin şey nədir?” 
“Müvəffəqiyyətsizliyə uğramalarına icazə vemək.”

6.
“Doktorluq dərəcəm ( PhD) üzərində işləyirəm. Bütün diqqətim poeziyaya cəmlənib.”
 “Elə isə yaxşı bir şeiri necə xarakterizə edərdin? 
“Oxuyub bitirdikdə fərqli bir insan oluramsa, demək ki yaxşı şeirdir.”

7.
“Əgər saqqalın varsa, insanlar ağzında bir dənə belə dişin olmadığını gec hiss edirlər.

8.
“ 20 yaşım olanda plan qurdum ki, yaxşı bir iş tapım və bununla özümü qarantiyaya alım. İndi isə 35 yaşım var və xoşbəxt ola bilmək üçün bir plana ehtiyacım var”

9.


“Nənəm mənə necə rəsm çəkməli olduğumu öyrətdi.” 
“Sənə rəsm çəkməklə bağlı öyrətdiklərindən birini deyə bilərsənmi? 
“Hətta kağız üzərində cızma-qara belə etmiş olsan, əgər düzgün səmtdən baxsan onu küləyə və ya ağaca çevirə bilərsən.”

10.
“ Uşağını 'yox' cavabına alışdırmaq vacibdir. Mən onu həyatın ona deyəcəyi 'yox'-lara hazırlayıram. “Bəs həyat sənə nə vaxt yox deyib?” 
“Mən Harlemdə böyümüş Afro-Amerikan qadınam. Həyat mənə elə bünövrədən 'yox' deyib. İş sahibi olmaq istəyəndə həyat mənə 'yox' deməyə çalışdı. Amma indi mənim üç işim var.”

11.
“Enerjimi qoruyub saxlamağa çalışıram.”
 “Yəni nəyi nəzərdə tutursuz?” 
“ Hər kəs başqalarına qarşı çıxmaqla öz enerjisini tükədir. Onlar 'Mən bunun əleyhinəyəm' və ya 'Onun əleyhinəyəm' deməyi xoşlayırlar. Səhərlər yuxudan qalxanda çoxlu dualar edirəm. Lakin hər zaman etdiyim bir dua var: 'Tanrı, kömək edə biləcəyimi birini göndər mənə'"

12.
“ 17 yaşım olanda Yunanıstandan köçkün olaraq bura gəldim və marketdə işləməyə başladım. Atama, anama kömək olmaq və qardaşımı kollecə qoymaq üçün çox işləyirdim. İndi uşaqlarımın hər bir şeyi var amma heçnəyin qədrini bilmirlər. Siz Amerikanlar uşaqlarınızı 18 yaşı olan kimi özünüzdən ayırırsınız. Yəqin ki bu yaxşı bir şeydir. Amma biz belə edə bilmirik, çünki biz Yunanıq. Onla evlənənə qədər bizimdirlər.”

13.
“Arvadımla mən 16 ildir ki evliyik.” 
“Uşaq filan?” 
“Yox.”
“Nəsə xüsusi bir səbəbi var?” 
“Sadəcə heç vaxt uşaq sahibi olmaqdan əmin olmamışam. Həmişə də fikirləşmişəm ki ən yaxşısı belə ciddi bir qərar haqqında nə fikirləşmək lazımdır nə də səhv etmək. Özümü tamamlamaqda və arzularımı həyat keçirməkdə bu narahatlıq məni heç vaxt rahat buraxmayıb. Uşaqları sevirəm. Dostlarımın uşaqlarını da çox sevirəm. Sadəcə fikirləşə bilmirəm ki, mənim həyatımda uşaqlar üçün bir otaq var. Tanıdığım bir çox valideyn düşünür ki, uşaq sahibi olmamaq eqoistcəsinə qəbul olunmuş bir qərardır. Lakin, elə bu valideyinlərin bir çoxu, adətən iki və ya üç bakal pivədən sonra mənim azadlığıma necə həsəd apardıqlarını deyirlər.” 

 14.



“Həbsdən bir ay əvvəl çıxmışam.” 
“Niyə görə həbs olunmuşdun?” 
“Narkotik satışına görə.” 
“Bəs indi azadlıqdasan, nə işlə məşğulsan?” 
“Çalışıram ki adi Co (Joe) olum. Çətindir. Çoxlu pulu olmağa öyrəşmiş biriyəm, indi isə bir çöp belə ala bilmirəm. Heç kim məni işə götürmək istəmir. Tatuirovka etdirmişəm. Adıma cinayət işi var. Elə hiss edirəm ki, nəhəng bir çuxurdayam və bu çuxurdan necə çıxacağımı bilmirəm.”


15.
“ Hansısa uşağın mənə baxdığını görmək həyatımın ən sevimli anıdır. Onun gözlərindəki ifadədən anlayıram ki, o musiqiçi olmaq istəyir. Dünən saçı Mohawk stilində olan bir uşağa baraban ağacı verdim.Üzündə ki həyəcandan sizə deyə bilərəm ki, musiqiylə məşğul olduğu müddətcə onun nə narkotikə nə də ki alkoqola ehtiyacı olacaq.” 

_______________________________________________________________
Şəkillər və yazılar Humans of New York facebook səhifəsindən götürülüb.  
                                          
Tərcümə etdi: Ehtiram Müzəffərli

2014-08-17

Asqıya alınmış qəhvə (suspended coffee) nədir?

                                  
                                     
                                          
        Bu vaxta qədər feysbukda və ya başqa yerdə oxumayıbsınızsa, zəhmət olmasa  2 dəqiqə vaxtınızı ayırıb aşağıdakı hekayəni oxuyun.

Dostumla balaca bir restorana getdik və sifarişimizi verdik. Stolumuza yaxınlaşarkən restorana 2 adam daxil oldu və piştaxtaya yaxınlaşdı:
-          “5 fincan qəhvə, zəhmət olmasa. İkisi bizim üçün, üçü isə asqıya”
     Onlar pulu ödədilər və iki fincan qəhvələrini alıb getdilər. Mən dostumdan soruşdum:

-         “Bu asqıya alınmış (suspended) qəhvə nədir belə?
-         “Gözlə biraz, özün görəcəksən...”

Daha bir neçə adam gəldi. İki qız hərəsinə bir dənə qəhvə aldılar, pulunu ödəyib getdilər. Növbəti sifariş 7 fincan idi və 3 nəfər vəkil sifariş vermişdi: üçü özlərinə, dördü asqıya
Beynimdə bu asqıya alınmış qəhvələrin nə olduğunu müəyyən etməyə çalışarkən, parlaq günəşli havadan və restoranın qarşısındakı meydanın gözəl görünümündən məst olurdum. Qəfildən, köhnə-kürüş paltarlı, dilənçi görkəmindi bir kişi qapıdan içəri girdi və mehribancasına soruşdu:
-          “Asqıya alınmış qəhvəniz var?

Əslində sadədir... İnsanlar isti bir qəhvə almağa imkanı olmayan kimisə nəzərə alaraq əvvəlcədən qəhvənin pulunu ödəyirlər. Ümumilikdə naməlum biri tərəfindən edilmiş xeyirxah bir əməl də deyə bilərik.
Öz qəhvəni al, başqa biri üçün isə asqıya qoy...



      Bəzi yerlərdə yalnızca qəhvə ilə kifayətlənməyib, həmçinin sendviç və ya yemək də ala bilərsiniz. Bu yolla evsiz insanlar bir az da olsa yemək yemiş olurlar. Vacib deyilki baha bir şey olsun  dolardan 13 dollara qədər bir şeylər ala bilərsiniz.

                                           Bəs bu ənənənin kökü hara dayanır ?
      Asqıya alınmış qəhvə (orijinal adı- “caffe sospeso” yaxud “caffè pagato”) ənənəsi İtaliyanın cənubunda Neapol şəhərində yaranıb və bütün dünyaya yayılıb.

      Tarixə nəzər salsaq, müharibədən dərhal sonra, bir çox centlmenlər sahib olduqları hər şeyi itirmişdilər. Hətta bir fincan qəhvə almağa belə imkanları çatmırdı.İndi, bu qara isti həzz bir qonaqlıq kimi yox, hər bir Neapollunun adi insan hüququ kimi sayıldığından, hələ də qəhvə almağa gücü çatanlar iki dənə qəhvə almaq kimi bir vərdişə yiyələnmişdilər. Birini içirdilər birinin isə sadəcə pulunu restorana ilk gələn az şanslı biri üçün əvvəlcədən ödəyirdilər. Belə olan halda Barista* deyirdi : “ Qəhvə istəyirsiz ,cənab? Mənası isə- Almağa imkanınız yoxdursa, bizdə sizin üçün əvvəlcədən pulu ödənilmiş qəhvə var – deməkdir.

2010-cu ildəki hesaba görə bu ənənənin 100 ildən artıq tarixi olduğu iddia olunur.

Əliaçıqlığı, ləyaqəti və qəhvənin ləzzətini bu acı günlərdən kənar tutmaq üçün bəxşişi verən və qəbul edənlər bir-biriləri üçün gizli olaraq qalardı.


Niyə iştirak etməlisən?
Könüllü kimi:
-Ucuz başa gələndir (təxminən 1 dollar)
-İstədiyin vaxt əvvəlcədən ödəniş edə bilərsən,
-Xoşbəxt olduğunda, aradabir, edə bilərsən.
Bir restoran sahibi kimi:
-Müştərilər arasında etibarlı əlaqələr yaratmağa kömək edə bilərsiz,
-Qapıda və ya pəncərədəki  yazını görən, maraqlı yeni insanlar gələ bilər,
- Asantez eləmək üçün: bir kasa götürün, içinə biletlər qoyun və ya kağızda yazın ki əvvəlcədən ödənilmiş sifarişlər,
- Restoranın çölünə belə bir kağız qoya bilərsiz,  müəyyən saatlar aralığında PULSUZ QƏHVƏ yaxud YEMƏK verilir. Beləcə dar macalda həmin adamlara qulluq etmək məcburiyyətində qalmazsınız,
-Bunu yalnızca istəyən müştərilərə edə bilərsiniz,
-Bu sizdən pul tələb etmir.


*Barista- restoranda qəhvə hazırlayıb, paylayan adam.

İngiliscədən tərcümə etdi: Ehtiram Müzəffərli

2014-07-20

Italki.com - İstənilən dildə sərbəst danış!

        Xarici dil öyrənmək istəyirsən? Amma kurslardan və ya müəllimlərdən aldığın dərs səni qane etmir. Necə düşünürsən xarici dili həmin dilin daşıyıcısından öyrənmək  yaxşıdır yoxsa başqa cür? Mən deyərdim yerli dil daşıyıcısından. Əgər siz də belə düşünürsünüzsə, məqaləni oxumağa davam edin.

                 


Italki.com saytı dili elə həmin dilin daşıyıcısından öyrənmək imkanını telefonunuza, tabletinizə, kompyuterinizə belə demək olarsa evinizə gətirir.
       Qısaca olaraq sayt haqqında onu deyimki, sayt 2006-cı ilin Dekabr ayında yaradılıb və Honq Konqda rəsmi qeydiyyatdan keçib. Məqsəd istənilən dilə səlis şəkildə yiyələnməyinizi təmin etməkdən ibarətdir. Saytda 1.5 milyondan çox tələbə, 2000-dən çox müəllim və 100-ə yaxın dili öyrənmək imkanı var.
        Saytda qeydiyyatdan keçdikdən sonra öyrənmək istədiyiniz dili(ləri) seçirsiniz və başlayırsız müəllim axtarmağa. Professional teachers bölməsindən peşəkar müəllimlərdən birini seçib həmin müəllimə vaxt müəyyən edirsiniz və dərs almağa başlayırsınız. Əgər Peşəkar müəllimdən yox adi bir dil daşıyıcısından dərs almaq istəyirsinizsə daxil olursunuz İnformal Tutoring bölməsinə, ordan istədiyiniz müəllimi seçirsiniz, vaxtı müəyyən edib başlayırsınız. Yox elə bir başa dərsə başlamaq istəyisinizsə, elə isə daxil olursunuz İnstant Tutoring bölməsinə, öyrənmək istədiyin dili tədris edən müəllimi seçirsiniz və elə həmin an dərsə başlayırsınız.

Amma unutmayın ki, müəllimlərə tədris etdiyi dərsin qarşılığında pul ödəyirsiniz. Peşəkar və ya adi müəllim fərq etməz, dərslərə saatına görə pul ödəməlisiniz. Qorxmayın elə də baha bir şey deyil. Dərslərin saatı 4-5 manatdan başlayır və bu qiymət 20-25 Manat + olaraq dəyişir. Hər qiymətə müəllim tapa bilərsiniz. Bundan əlavə, müəllimlərin əksəriyyəti sınaq dərsləri təklif edir- yəni həmin dərsi izləyisiz, sizi qane edirsə o müəllimi seçirsiniz, amma bu videoları da izləmək üçün ödəniş etməlisiniz. Sınaq dərsləri yarım saatdan ibarətdir.

       İstəsəniz əvvəlcə seçdiyiniz müəllimin profilində yerləşdirdiyi tanışlıq videosuna baxa bilərsiniz. Eyni zamanda müəllim haqqında ətraflı oxuya bilər, ondan sayt vasitəsiylə dil dərsi alan tələbələrin müəllim haqqında ki rəyləri ilə tanış ola bilərsiniz.

      Əgər bunların heçbirini istəmiyib, pul ödəmədən dərs almaq istəyirsinizsə Language partner bölməsindən buna nail ola bilərsiniz. Misalçün, baxırsızki kimsə Azərbaycan dili öyrənmək istəyir, özüdə İtaliyadandır və ya İtalyan dilini bilir. Siz də İtalyanca öyrənmək istəyirsiniz. Həmin adamla danışırsız qarşılıqlı olaraq bir-birinizə kömək edirsiniz və öyrənirsiniz. Özünüzə yeni dostlar tapırsınız.


      !!!Və əgər siz də dərs deyib, evdə oturaraq  pul qazanmaq istəyirsinizsə burda müəllim kimi qeydiyyatdan keçib dərs deyə bilərsiniz. Bunun üçün daxil olursunuz apply to be a teacher bölməsinə.

   Xarici dil öyrənmək istəyən hər kəsə bu yolda uğurlar arzulayırm. Ümid edirəm istədiyinizi bu saytda tapacaqsınız. Buna əminəm.


                                                        Bir daha uğurlar!

2014-07-09

Deep Web nədir? Necə daxil olmaq olar?



        Həyatımızın virtual aləminə daxil olmayan hissəsində də xəbər oxuyur, videoya baxır, otağımızı sevdiyimiz sənətçinin, komandanın, siyasətçinin posterləri, rəsimləri ilə təchiz edir, 40 min insan tutumuna malik stadionda heç kimin bizi tanımamasının bəxş etdiyi cəsarətlə gücümüz gələn qədər çığırıb söyüş söyür, çoşumuza gələn və ya bizi sevindirən hadisələri ətrafımızdakılarla paylaşır, söhbət edir, məlumatlarımızı ötürüb yeni şeylər öyrənirik.

        Əvvəllər evə gələn qonağın qabağına şəkil albomlarımızı düzüb yüzlərcə şəkil göstərməyimizlə indi feysbukda(facebook) albomlar yaradaraq dostlarımızı “bəyənməyə” dəvət etmək arasında nəsə bir fərq varmı?
Qısası: internet real həyatda elədiyimiz, sevdiyimiz, vaxt sərf etdiyimiz şeylərdən, davranışlarımızdan əmələ gəlir.
         Necə ki, “real həyatın” dalanları, qumarxanaları, yeraltı dünyası var, internetdə də vəziyyət çox da fərqli deyil.
       Virtual aləmin jarqonunda deep web adlanan bir anlayış var. “Dərin internet” kimi tərcümə etmək olar.
90-cı illərin ortasında, internetin yayılmağa başlamasıyla bərabər geniş vüsət alan “azadlıq” və “gizlilik” bəzi insanların o vaxta qədər içlərində böyüdüb saxladığı azğınlıqların asanlıqla üzə çıxmasına səbəb olarakən bəzilərinin də maraqlarına və qanunlarına zidd oldu. Bunun sayəsində normal bir insanın ağlına belə gətirə bilməyəcəyi qədər ruhi xəstəlik və azğınlıq daşıyan məlumatlar virtual aləmdə özünü biruzə verməyə başladı. 90-cı illərin sonu 2000-c ilin əvvəllərində isə xüsusilə paylaşım (p2p – peer-to-peer) proqramlarının vasitəsiylə bu məzmunlar- fayllar asanlıqla yayıldı və əlçatan oldu. Yenə də eyni təsirin məhsulu olaraq bu məzmunlardan ibarət minlərcə ineternet saytları fəaliyyətə başladı.
         Çox təəsüf ki, dövlətlər və qanunlar bu vəziyyətə qarşı hərəkətə çox gec başladılar. Yenə də bir çox ölkə və beyəlxalq müqavilələr bu tip məzmunlara, bunları paylaşan və saxlayanlara çox cəbhəli və güclü bir savaş başlatdı. Çox ağır cəzalar və sanksiyalar tətbiq olundu. Bir çox sayt rəhbərləri, hətta istifadəçiləri ineternetdə unutduqları “tör-töküntü”lərdən dolayı izləndi, tutuldu, ağır həbs cəzalarına məhkum edildi.
         Elə deep web anlayışı bu məzmunların sahiblərinin onlara qarşı başladılmış mübarizədən sonra onların yer altına çəkilməsi və ələ keçməmək üçün müxtəlif cür tədbirlər görməsiylə ortaya çıxdı. Ümumi təbirlə desək deep web “internetin bataqlıqxanası” olaraq adlandıra biləcəyimiz, hər cür qanunsuz, əxlaq normalarına zidd, etikadan kənar və ya da ki insanlıqdan kənar hər cür faylları özündə saxlayan saytların ümumi adıdır.
        Daha bəsit bir nümunə deyim: interneti böyük bir okean olaraq təsəvvür edin. Siz də bir balıqçı təknəsindəsiniz. Aşağıya qarmaq atanda əlinizə sadəcə qarmağa ilişənlər gəlir çatır. Təknəniz nə qədər geniş, qarmağınız nə qədər böyük olursa olsun nəticə yenə də eynidir. Əldə etdikləriniz bərabərdir qarmağa keçənlər. Deep web isə torla balıq tutmaq, hətta çox vaxt nizə ilə balıq tutmaq kimi bir şeydir. Nə axtardığınızı bilirsiniz, okeanın harasında olduğunu bilirsiniz, hədəf alırsınız və ovlayırsınız.




            Deep web olaraq adlandırılan saytlar, olduqca qarışıq ad “kpvz7ki2v5agwt35”  və “.onion “ sonluğa sahibdir. Belə saytlar ancaq xüsusi bir brauzer tərəfindən açılır. Təməl olaraq deep web-ə daxil olan saytlar parol və digər vasitələrlə qorunduğu üçün axtarış motorlarının siyahılarında yer almır. Onu da qeyd etmək lazımdır ki, axtarış motorlarının xüsusi filtirləməsi ilə bu növ məzmunlar əlçatmaz olur, yəni heç axtarış motorlarıda maraqlı deyilləriki o məzmunlar axtarış zamanı ortaya çıxsın. Beləcə bu saytlar deep web-dəqalır. Bayaqkı okean və qarmaq məsələsini yadınıza salın. Axtarış motorları bilərəkdən qarmaqlarını dərinlərə enə bilməyəcək qədər qısa hazırlayırlar.
            Deep web haqqında çox geniş yayılmış bir yanlışlıq var. Bu sadəcə bir proqram yükləyib ordanda bir vikipediya səhifəsini aça bilmək demək deyil. Yəni məktəblinin belə rahatca, 10 dəqiqədə girəbildiyi saytlar, həqiqətən nə qədər qorxuducu və ürəkbulandırıcı olsada deməliyəm ki bu deep web-in sadəcə görünən hissəsi- üzdə olan hissəsidir. Və çox böyük bir hissəsi Trollardan ibarət yəni saxta, qurma ya da ki doğru olsa belə onsuzda hər yerdən asanlıqla tapıla biləcək şeylərdir. Daha real və xüsusi olma ehtimalına sahib məzmunlar şifrələrlə qorunmuş səhifələrdədir və o səhifələrə daxil olmaq üçün də çoxlu pulunuz və ya ondan daha artığı olmalıdır.
           Elə bax yazının burasındaca onu da demək lazımdır ki, deep web sadəcə azğınlıqdan, ruhi xəstəlikdən ibarət deyil əlbəttə. (məsələn,çox geniş e-kitab arxivi var. Amma Şeytan İncili – Satanic Bible nüsxəsi və ya ölüdəniz yazmaları içində olduğu iddi edilən yaxud vatikanın qadağan elədiyi deyilən arami dilindəki incilin mətni nəyinizə lazımdır onu bilmirəm.) Eyni interneti digər hissəsi ya da real həyatdakı kimi nəyi necə, nə məqsədlə istifadə etməyiniz çox vacibdir. Üstəlik qanunsuz ola hər bir şeyin həmişə pis ola bilməyəcəyi də məlumdur. Amma biz yenədə ümumi qənaət üzərindən hərəkət edirik.
           Bəzi mənbələr deep web olaraq adlandırdığımız saytların, daha “normal” ya da “üst hissə” olaraq adlandırdığımız məzmunlardan həcim və ölçü olaraq 40-50 qat daha geniş olduğunu iddia edirlər.  Bunun səbəbi “dərinlərdə” daha çox qovluğun- rəsmlərin, videoların və pdf-lərin olmasıdır.
Əslində yazının buraya qədər olan hissəsində olduqca bəsit və sadə bir izahla əsas olaraq texniki məumatlar vermək üçün yazdım. Çünki bir çox forum və lüğətlərdə deep web haqqında sanki tamam başqa bir seqment, internetdən ayrı bir platform kimi bəhs edilir.. Xüsusi ilə bir çox ərgənlər “zidd” bir şeylər eləməyin verdiyi coşğu ilə, Alisin dovşan deşiyindən içəri düşməsi kimi, bir proqramla qoşula bilinən, hər şeyin önünüzə sərildiyi fərqli bir dünya imici yaradıblar. Dediklərinin çoxu da əfsanə və şişirtmədir. Daha doğrusu trolların həqiqət kimi qəbul edilməsidir.
            Yadda saxlayın ki, soyuducusunun buzluğundan insan əti tapılan insanlar da eyni sizin, mənim kimi, iki əli, iki ayaöı, üzündə gözü, qaşı, burnu olan, “normal” görünüşlü insanlardır. Bəs siz üst qatda qalan qonşunuzun bunlardan biri olmadığını hardan bilirsiniz ?

Deep Web-ə necə daxil ola bilərəm? *
“Tor” adlanan brauzerin köməyiylə buna nail ola bilərsiniz. Sadəcə brauzeri kompyuterinizə quraşdırmaq lazımdır. Daha sonra sonluğu .onion ilə bitən saytlara asanlıqla giriş edə biləcəksiniz. 

Deep Web-ə girməliyəmmi?
Təbii ki orda olan qanunsuz məzmunlar və idarəsni itirmiş adamların bu məzmunlara çatabilməsi ehtimalından dolayı daxil olmağı qətiyyən məsləhət görmürəm. Siqaret çəkməməyi, içki içməməyi, yüksək sürətlə maşın sürməməyi, odlu silahla oyun oynamamağıda məsləhət bilmirəm. Guya mənə qulaq asırsınız ki ?

Başıma bir iş gələrmi ?
Əgər qanunsuz məzmunlarla çox vaxt keçirib, kompyuterinizə yükləyib qarşı tərəfə ötürsəz, burdan yüklədiklərinizi başqalarıyla paylaşsanız, kompyuterinizdə saxlasanız, narkotik sifariş edib poçtla evinizə gəlməsini gözləsəz ya da ki bədən tərbiyəsi müəlliminizi öldürtmək üçün kirayə qatil tutsanız böyük ehtimalla başınıza həqiqətən nələrsə gələ bilər. “Deep web izlənilə bilməz” yalanına da inanmayın.
Bundan əlavə, tor brauzer müştəriləri sizin kompyuterinizi də bir “çıxış nöqtəsi” edəcəklər. Bu o deməkdir ki Deep web-ə girən hər hansısa bir isitfadəçi hər hansısa bir məzmuna öz İP-si ilə deyil sizin ya da başqa birini İp-si ilə girəcək. Yəni körpü rolunu oynayacaqsınız. Bu da o deməkdirki hər hansısa kimsə deyəkki narkotik sifariş verəcək amma nəticədə sizin İp istifadə olunacaq. Bu da sizin məsuliyyətə cəlb olunmanız deməkdir. Siz sifariş etməsəniz belə.

Gözlərimə inanımmı?
Həm hə həm də yox. Kirayə qatil elanına inanıb 10 min euro göndərməyi ağlınıza da gətirməyin. Silah elanlarının da həqiqi olmadığına əmin olun. Axı niyə biri internetdə qul satsınki? Digər tərəfdən də hə inanın. Dünya həqiqətən də orda göründüyü qədər iyrənc bir yerdir. Əmin olmaq üçün bir-iki gün qəzetlərin 3-cü səhifəsini oxuyun.

*tərcüməyə əlavə

Məqalənin müəllifi: Kaan Göktaş
Türkcədən tərcümə etdi: Ehtiram Müzəffərli

2014-07-08

Facebook-da status yazmazdan əvvəl özünə verəli olduğun 4 sual.


Çünki bu paylaşımların həddən çox insana çatmağa qadirdir. Feysbuk-dakı statuslarımız özümüz və dünya haqqında nə fikirdə olduğumuzu aşkar çıxara bilər. Bəs bizim bu paylaşımlarımızın arxasındakı məram nədir?

Aşağıda Feysbukda status paylaşmazdan əvvəl özünüzə verməli olduğunuz dörd sual yer alıb. Buyurun:

1.   Mən məşhurluğamı can atıram?
Yəni çoxlu “layk” almaq ümidilə nəsə paylaşmaq. Bəs bizim gözləntimiz özünü doğrultmayanda nə baş verir? Elə real həyatımızdakı kimi, nəyisə başqalarını heyrətləndirmək üçün etdikdə bu  bizə yalnız və yalnız məyusluq və kədər gətirir. Hərçənd bunu səmimiyyətinizdən dolayı eləyib başqalarının təqdirini qazansaz  belə fərqi yoxdur. Çünki bunu özünüz üçün edirsiniz. Yəni hətta statusunuza az “layk” gəlsə belə özünüz olduğun üçün buna qane olacaqsan.

2.  Bu dostuma və ya ailəmə demək istədiyim  bir şeydir mi?
Səni virtualdan kənarda da tanıyanlar Feysbuk profilini əslində sənin genişlənmiş forman olaraq görürlər. Nəsə paylaşanda,ailən və dostların qaşlarını çatıb fikriləşirki görəsən bunu camaatla paylaşanda bunun ağlı harda idi? Fikirləş gör bu paylaşdığın şey səni həqiqətəndə maraqlandırırmı, bu haqda ətraflı məlumatın varmı, yaxudda sənin həqiqətəndə arxasından yapışdığın bir şeydirmi. Unutma, nə eləyirsən elə əvvəl-axır hər hasısa bir şəkildə sənə qayıdacaq.

3. Bu yazığım status zayıl bir emosiya əks etdirirmi ?
Həyatdır! Bəzən çoxsaylı emosiyalara qapılırıq, bu bəzən bir neçə dəqiqə və  bəzən də uzun müddət davam edir. İnsanlıq halıdır, hamıda baş verir. Belə anlarda insan sanki bu hislərin əlində boğulur amma əslində bunların hamısı keçicidir. Əgər niyyətiniz başqalarından dəstək almaq və ya vəziyyətinizə dərd ortağı tapmaqdırsa bu başa düşüləndir. Amma nə olur olsun yadda saxlayın ki, başqaları sizin bu fikrilərinizi yaxud belə deyək qayğılarınızı hər zaman xatırlayacaq və unutmayacaqlar. Bunu profilinizdən silə bilərsiniz, amma insanların yaddaşından əsla.

4.   Mən cana yığılmışam? Yaxud mən darıxdırıcı biriyəm ?
Həyatdan bezirik və həyata qarşı şövqsüz bir vəziyyətdəyik. Buna görədə nəsə paylaşırıq ki bu insanların diqqətini cəlb etsin. Bəlkə də bu daxilinizə nəzər salmaq üçün bir “yuxudan qalx” zəngidir. Fikirləş gör səni nə ən yaxşı vəziyyətə qaytara bilər, yəni necə özünə gələ bilərsən? Sənə zövq verən şeylər haqqında fikirləş. Düşün gör səni motivasiya edən şeylər nədir. Əminəm ki bunları feysbukda tapa bilməyəcəksən; bunların hamısı feysbukdan kənarda- real həyatda səni gözləyirlər. Bəzi hallarda sosial media cəmiyyətə göstərməyə qorxduğumuz şeyləri paylaşmaq üçün əla bir vasitə ola bilər. Amma nə olur olsun, bu onlayn personajımıza real həyatdada nail ola bilərik. Öz daxilinizə varın və özünüzü daha yaxşı tanıyın. Status paylaşmağınızın arxasında dayanan səbəb nədir deyə soruşun özünüzdən? Əgər daha dərin səbəblər varsa, kimləsə söhbət edin, hislərinizi ifadə etmək üçün başqa çarələr axtarın yaxudda götür qoy etmək üçün özünüzə biraz vaxt verin.

Uğurlu və faydalı paylaşımlar diləyi ilə!

İngiliscədən tərcümə etdi: Ehtiram Müzəffərli

2014-04-27

İtaliya haqqında 10 fakt




İtaliya Cənubi Avropada yerləşən və rəsmi olaraq İtalya respublikası kimi tanınan bir ölkədir. Əhalisinin sayına görə, İtaliya Avropada 5-ci dünyada isə 23-cü yerdədir. Gəlin İtaliya haqqında daha maraqlı faktlara nəzər salaq.


İtaliya haqqında maraqlı faktlar:

#1 Gözəl bir ölkə
Ø  İtaliya “bel pease” (gözəl ölkə) ləqəbli bir ölkədir
Ø  İtaliyanın rəsmi adı “Repubblica İtalica” (İtalya respublikası)-dır.
Ø  Ölkə xəritədə hündürdaban qadın çəkməsi formasındadır.
Ø  İtaliya sözünün mənası “buzovlar ölkəsi” deməkdir. Çox güman ki bu ad Cənubi İtaliya tayfalarının simbolu sayılan buğa ilə əlaqədardır.


#2 Pendir
Ø  Parma İtaliyada Parmesan pendirinin istehsal olunduğu yerdir.
Ø  İtalyanlar pendirin hətta başqa növlərinidə yaratmışdılar, bunlardan Mozzarella, Provolone, Ricotta və Gorgonzola-nı misal gətirmək olar


#3 Fay xətləri
Ø  İtalyada başqa Avropa ölkələriylə müqisədə daha çox vulkan mövcuddur. Ölkənin tektonik təbəqəsində fay xətləri var.
Ø  Etna, Vezuvi və Stramboli keçən yüzillikdə püskürmüş və ölkədə əsas vulkanlardır.
Ø  İtalyanlar zəlzələlərdəndə yan qaça bilməyiblər. 1963-cü ildə zəlzələ nəticəsində 100.000 adam həlak olmuşdur. 1980-ci ildə Nepaldakı yer sirkələnməsi nəticəsində isə 3000 adam həlak olmuşdur.   

#4 Üç fontan
 Ø  Dante Aliqyeri (1265-1321), Françeska Petrarka (1304-1374), Covanni Bokkacco ( 1313-1375) İtalyada bütün zamanların ən məşhur yazıçılarıdır. Onlar “Üç Fontan” kimi tanınırlar. 
 Ø Dantenin “İlahi Komediya”-sı ədəbiyyatda fövqəladə bir nüfuzə malikdir. 
   Ø Dante həmçinin İtalyan ədəbiyyatının atası hesab edilir.  



#5 Futbol (soccer)
Ø  İtalyanlar futbolla 1800-cü ilin sonlarında ingilislər tərəfindən tanış edilmişdir. 1930-cu ildə Mussolini futbolu beynəlxalq səviyyədə irəli çəkdi.
Ø  Azarkeşlərv “tifosi”( tifon daşıyan)  adlandırılır. İtalyan azarkeşlər qaba davranışlar sərgiləyirlər və onlar üçün heç bir qadağa olmadığını nümayiş etdirir .



#6 Canlı Şahmat
Ø  Bu gümanki İtalyaya aid ən maraqlı faktdır : Canlı Şahmat 1454-cü ildə, İtaliyanın Marostica adlı bölgəsində Marosticanın ən gözəl qızını kimin qazanacağını müəyyən etmək üçün  keçirilmişdir.
Ø  Hətta indinin özündə belə, Sentyabr ayında piazza(şəhər meydanı) canlı şahmat taxtasına çevrilir.


#7 Kəşflər
Ø  Dondurmanın stəkanı ( loru dildə desək: marojnanın vaflisi)İtalyanlar tərəfindən yaradılıb
Ø  Espresso (qəhvə) İtalyanlar tərəfindən fasilələri azaltmaq üçün yaradılıb.
Ø  Termometr italyanlar tərəfindən kəşf edilib.
Ø  Həmçinin yazı makinasını da italyanlar kəşf edib
Ø  Dondurma və pizzada itlayanların ixtirasıdır.
Ø  Artıq qeyd etdiyimiz kimi, pendiri də onlar kəşf edib.


#8 Qəribə faktlar
   İtaliya haqqında çox faktlar var, amma gəlin İtaliyaya aid qəribə faktlara nəzər salaq.
Ø  Əgər İtalyanlar düşünürlərki səhv etməyiblər, qətiyyən üzr istəmirlər.
Ø  Səkiyə rəngli təbaşirlə nə isə çəkmək oğurluğa bərabər bir cinayət sayılırdı və cəzalandırılırdı.
Ø  İtalyanlar çox xurafatçıdırlar. Faktlara görə, İtalyada 150.000 rəsmi qeydiyyatlı fala baxan, cadügar var. 16 milyondan çox insan onların təklif etdiyi xidmətlərdən istifadə edir.
Ø  Mussolini Mikki Mausu( Mickey Mouse) Topolino, Donald Dakı( Donald Duck) Paperino, Qufini( Goofy) isə Pippo adlandırmışdır. O bunu İtalyan dilində xarici mənşəlli sözləri azaltmaq üçün etmişdir.


#9 Daxildə iki müstəqil dövlət
Ø  İtaliya iki müstəqil dövlətlə əhatə olunub
Ø  Vatikan şəhəri 108.7 akrdır ( 1 akr= 4046.9m²) və özünün telefon şirkəti,radiosu, telestansiyası, pulu və möhürü var. Vatikanın ordusu tarixi İsveçrənin mühafizəçiləridir.
Ø  San Marino Respublikası dünyanın ən qədim ölkələrindən biridir. Və ən qədim sabit konstitusiyaya malikdir. San Marinonun 30.000 nəfərlik əhalisi var. Əhali Sammarinalılar adlanır.

Vatican

San Marino

#10  Moda
Gucci, Prada, Versace, Dolce & Gabbana, Giorgio Armani, Ermenegildo Zegna, Gianfranco Ferré, Salvatore Ferragamo, Roberto Cavalli, Fendi, Valentino, Trussardi, Benetton bunlar İtalyanın bəzi moda dizaynerləridir.
                               


   İngiliscədən Tərcümə etdi: Ehtiram Müzəffərli