Çünki bu
paylaşımların həddən çox insana çatmağa qadirdir. Feysbuk-dakı statuslarımız
özümüz və dünya haqqında nə fikirdə olduğumuzu aşkar çıxara bilər. Bəs bizim bu
paylaşımlarımızın arxasındakı məram nədir?
Aşağıda
Feysbukda status paylaşmazdan əvvəl özünüzə verməli olduğunuz dörd sual yer
alıb. Buyurun:
1. Mən
məşhurluğamı can atıram?
Yəni
çoxlu “layk” almaq ümidilə nəsə paylaşmaq. Bəs bizim gözləntimiz özünü
doğrultmayanda nə baş verir? Elə real həyatımızdakı kimi, nəyisə başqalarını
heyrətləndirmək üçün etdikdə bu bizə
yalnız və yalnız məyusluq və kədər gətirir. Hərçənd bunu səmimiyyətinizdən
dolayı eləyib başqalarının təqdirini qazansaz
belə fərqi yoxdur. Çünki bunu özünüz üçün edirsiniz. Yəni hətta
statusunuza az “layk” gəlsə belə özünüz olduğun üçün buna qane olacaqsan.
2. Bu
dostuma və ya ailəmə demək istədiyim bir
şeydir mi?
Səni virtualdan kənarda da tanıyanlar Feysbuk
profilini əslində sənin genişlənmiş forman olaraq görürlər. Nəsə paylaşanda,ailən
və dostların qaşlarını çatıb fikriləşirki görəsən bunu camaatla paylaşanda
bunun ağlı harda idi? Fikirləş gör bu paylaşdığın şey səni həqiqətəndə
maraqlandırırmı, bu haqda ətraflı məlumatın varmı, yaxudda sənin həqiqətəndə
arxasından yapışdığın bir şeydirmi. Unutma, nə eləyirsən elə əvvəl-axır hər
hasısa bir şəkildə sənə qayıdacaq.
3. Bu
yazığım status zayıl bir emosiya əks etdirirmi ?
Həyatdır!
Bəzən çoxsaylı emosiyalara qapılırıq, bu bəzən bir neçə dəqiqə və bəzən də uzun müddət davam edir. İnsanlıq
halıdır, hamıda baş verir. Belə anlarda insan sanki bu hislərin əlində boğulur
amma əslində bunların hamısı keçicidir. Əgər niyyətiniz başqalarından dəstək
almaq və ya vəziyyətinizə dərd ortağı tapmaqdırsa bu başa düşüləndir. Amma nə
olur olsun yadda saxlayın ki, başqaları sizin bu fikrilərinizi yaxud belə deyək
qayğılarınızı hər zaman xatırlayacaq və unutmayacaqlar. Bunu profilinizdən silə
bilərsiniz, amma insanların yaddaşından əsla.
4. Mən
cana yığılmışam? Yaxud mən darıxdırıcı biriyəm ?
Həyatdan
bezirik və həyata qarşı şövqsüz bir vəziyyətdəyik. Buna görədə nəsə paylaşırıq
ki bu insanların diqqətini cəlb etsin. Bəlkə də bu daxilinizə nəzər salmaq üçün
bir “yuxudan qalx” zəngidir. Fikirləş gör səni nə ən yaxşı vəziyyətə qaytara
bilər, yəni necə özünə gələ bilərsən? Sənə zövq verən şeylər haqqında fikirləş.
Düşün gör səni motivasiya edən şeylər nədir. Əminəm ki bunları feysbukda tapa
bilməyəcəksən; bunların hamısı feysbukdan kənarda- real həyatda səni gözləyirlər.
Bəzi hallarda sosial media cəmiyyətə göstərməyə qorxduğumuz şeyləri paylaşmaq
üçün əla bir vasitə ola bilər. Amma nə olur olsun, bu onlayn personajımıza real
həyatdada nail ola bilərik. Öz daxilinizə varın və özünüzü daha yaxşı tanıyın. Status
paylaşmağınızın arxasında dayanan səbəb nədir deyə soruşun özünüzdən? Əgər daha
dərin səbəblər varsa, kimləsə söhbət edin, hislərinizi ifadə etmək üçün başqa
çarələr axtarın yaxudda götür qoy etmək üçün özünüzə biraz vaxt verin.
Uğurlu
və faydalı paylaşımlar diləyi ilə!
İngiliscədən tərcümə etdi: Ehtiram Müzəffərli

No comments:
Post a Comment