2014-07-09

Deep Web nədir? Necə daxil olmaq olar?



        Həyatımızın virtual aləminə daxil olmayan hissəsində də xəbər oxuyur, videoya baxır, otağımızı sevdiyimiz sənətçinin, komandanın, siyasətçinin posterləri, rəsimləri ilə təchiz edir, 40 min insan tutumuna malik stadionda heç kimin bizi tanımamasının bəxş etdiyi cəsarətlə gücümüz gələn qədər çığırıb söyüş söyür, çoşumuza gələn və ya bizi sevindirən hadisələri ətrafımızdakılarla paylaşır, söhbət edir, məlumatlarımızı ötürüb yeni şeylər öyrənirik.

        Əvvəllər evə gələn qonağın qabağına şəkil albomlarımızı düzüb yüzlərcə şəkil göstərməyimizlə indi feysbukda(facebook) albomlar yaradaraq dostlarımızı “bəyənməyə” dəvət etmək arasında nəsə bir fərq varmı?
Qısası: internet real həyatda elədiyimiz, sevdiyimiz, vaxt sərf etdiyimiz şeylərdən, davranışlarımızdan əmələ gəlir.
         Necə ki, “real həyatın” dalanları, qumarxanaları, yeraltı dünyası var, internetdə də vəziyyət çox da fərqli deyil.
       Virtual aləmin jarqonunda deep web adlanan bir anlayış var. “Dərin internet” kimi tərcümə etmək olar.
90-cı illərin ortasında, internetin yayılmağa başlamasıyla bərabər geniş vüsət alan “azadlıq” və “gizlilik” bəzi insanların o vaxta qədər içlərində böyüdüb saxladığı azğınlıqların asanlıqla üzə çıxmasına səbəb olarakən bəzilərinin də maraqlarına və qanunlarına zidd oldu. Bunun sayəsində normal bir insanın ağlına belə gətirə bilməyəcəyi qədər ruhi xəstəlik və azğınlıq daşıyan məlumatlar virtual aləmdə özünü biruzə verməyə başladı. 90-cı illərin sonu 2000-c ilin əvvəllərində isə xüsusilə paylaşım (p2p – peer-to-peer) proqramlarının vasitəsiylə bu məzmunlar- fayllar asanlıqla yayıldı və əlçatan oldu. Yenə də eyni təsirin məhsulu olaraq bu məzmunlardan ibarət minlərcə ineternet saytları fəaliyyətə başladı.
         Çox təəsüf ki, dövlətlər və qanunlar bu vəziyyətə qarşı hərəkətə çox gec başladılar. Yenə də bir çox ölkə və beyəlxalq müqavilələr bu tip məzmunlara, bunları paylaşan və saxlayanlara çox cəbhəli və güclü bir savaş başlatdı. Çox ağır cəzalar və sanksiyalar tətbiq olundu. Bir çox sayt rəhbərləri, hətta istifadəçiləri ineternetdə unutduqları “tör-töküntü”lərdən dolayı izləndi, tutuldu, ağır həbs cəzalarına məhkum edildi.
         Elə deep web anlayışı bu məzmunların sahiblərinin onlara qarşı başladılmış mübarizədən sonra onların yer altına çəkilməsi və ələ keçməmək üçün müxtəlif cür tədbirlər görməsiylə ortaya çıxdı. Ümumi təbirlə desək deep web “internetin bataqlıqxanası” olaraq adlandıra biləcəyimiz, hər cür qanunsuz, əxlaq normalarına zidd, etikadan kənar və ya da ki insanlıqdan kənar hər cür faylları özündə saxlayan saytların ümumi adıdır.
        Daha bəsit bir nümunə deyim: interneti böyük bir okean olaraq təsəvvür edin. Siz də bir balıqçı təknəsindəsiniz. Aşağıya qarmaq atanda əlinizə sadəcə qarmağa ilişənlər gəlir çatır. Təknəniz nə qədər geniş, qarmağınız nə qədər böyük olursa olsun nəticə yenə də eynidir. Əldə etdikləriniz bərabərdir qarmağa keçənlər. Deep web isə torla balıq tutmaq, hətta çox vaxt nizə ilə balıq tutmaq kimi bir şeydir. Nə axtardığınızı bilirsiniz, okeanın harasında olduğunu bilirsiniz, hədəf alırsınız və ovlayırsınız.




            Deep web olaraq adlandırılan saytlar, olduqca qarışıq ad “kpvz7ki2v5agwt35”  və “.onion “ sonluğa sahibdir. Belə saytlar ancaq xüsusi bir brauzer tərəfindən açılır. Təməl olaraq deep web-ə daxil olan saytlar parol və digər vasitələrlə qorunduğu üçün axtarış motorlarının siyahılarında yer almır. Onu da qeyd etmək lazımdır ki, axtarış motorlarının xüsusi filtirləməsi ilə bu növ məzmunlar əlçatmaz olur, yəni heç axtarış motorlarıda maraqlı deyilləriki o məzmunlar axtarış zamanı ortaya çıxsın. Beləcə bu saytlar deep web-dəqalır. Bayaqkı okean və qarmaq məsələsini yadınıza salın. Axtarış motorları bilərəkdən qarmaqlarını dərinlərə enə bilməyəcək qədər qısa hazırlayırlar.
            Deep web haqqında çox geniş yayılmış bir yanlışlıq var. Bu sadəcə bir proqram yükləyib ordanda bir vikipediya səhifəsini aça bilmək demək deyil. Yəni məktəblinin belə rahatca, 10 dəqiqədə girəbildiyi saytlar, həqiqətən nə qədər qorxuducu və ürəkbulandırıcı olsada deməliyəm ki bu deep web-in sadəcə görünən hissəsi- üzdə olan hissəsidir. Və çox böyük bir hissəsi Trollardan ibarət yəni saxta, qurma ya da ki doğru olsa belə onsuzda hər yerdən asanlıqla tapıla biləcək şeylərdir. Daha real və xüsusi olma ehtimalına sahib məzmunlar şifrələrlə qorunmuş səhifələrdədir və o səhifələrə daxil olmaq üçün də çoxlu pulunuz və ya ondan daha artığı olmalıdır.
           Elə bax yazının burasındaca onu da demək lazımdır ki, deep web sadəcə azğınlıqdan, ruhi xəstəlikdən ibarət deyil əlbəttə. (məsələn,çox geniş e-kitab arxivi var. Amma Şeytan İncili – Satanic Bible nüsxəsi və ya ölüdəniz yazmaları içində olduğu iddi edilən yaxud vatikanın qadağan elədiyi deyilən arami dilindəki incilin mətni nəyinizə lazımdır onu bilmirəm.) Eyni interneti digər hissəsi ya da real həyatdakı kimi nəyi necə, nə məqsədlə istifadə etməyiniz çox vacibdir. Üstəlik qanunsuz ola hər bir şeyin həmişə pis ola bilməyəcəyi də məlumdur. Amma biz yenədə ümumi qənaət üzərindən hərəkət edirik.
           Bəzi mənbələr deep web olaraq adlandırdığımız saytların, daha “normal” ya da “üst hissə” olaraq adlandırdığımız məzmunlardan həcim və ölçü olaraq 40-50 qat daha geniş olduğunu iddia edirlər.  Bunun səbəbi “dərinlərdə” daha çox qovluğun- rəsmlərin, videoların və pdf-lərin olmasıdır.
Əslində yazının buraya qədər olan hissəsində olduqca bəsit və sadə bir izahla əsas olaraq texniki məumatlar vermək üçün yazdım. Çünki bir çox forum və lüğətlərdə deep web haqqında sanki tamam başqa bir seqment, internetdən ayrı bir platform kimi bəhs edilir.. Xüsusi ilə bir çox ərgənlər “zidd” bir şeylər eləməyin verdiyi coşğu ilə, Alisin dovşan deşiyindən içəri düşməsi kimi, bir proqramla qoşula bilinən, hər şeyin önünüzə sərildiyi fərqli bir dünya imici yaradıblar. Dediklərinin çoxu da əfsanə və şişirtmədir. Daha doğrusu trolların həqiqət kimi qəbul edilməsidir.
            Yadda saxlayın ki, soyuducusunun buzluğundan insan əti tapılan insanlar da eyni sizin, mənim kimi, iki əli, iki ayaöı, üzündə gözü, qaşı, burnu olan, “normal” görünüşlü insanlardır. Bəs siz üst qatda qalan qonşunuzun bunlardan biri olmadığını hardan bilirsiniz ?

Deep Web-ə necə daxil ola bilərəm? *
“Tor” adlanan brauzerin köməyiylə buna nail ola bilərsiniz. Sadəcə brauzeri kompyuterinizə quraşdırmaq lazımdır. Daha sonra sonluğu .onion ilə bitən saytlara asanlıqla giriş edə biləcəksiniz. 

Deep Web-ə girməliyəmmi?
Təbii ki orda olan qanunsuz məzmunlar və idarəsni itirmiş adamların bu məzmunlara çatabilməsi ehtimalından dolayı daxil olmağı qətiyyən məsləhət görmürəm. Siqaret çəkməməyi, içki içməməyi, yüksək sürətlə maşın sürməməyi, odlu silahla oyun oynamamağıda məsləhət bilmirəm. Guya mənə qulaq asırsınız ki ?

Başıma bir iş gələrmi ?
Əgər qanunsuz məzmunlarla çox vaxt keçirib, kompyuterinizə yükləyib qarşı tərəfə ötürsəz, burdan yüklədiklərinizi başqalarıyla paylaşsanız, kompyuterinizdə saxlasanız, narkotik sifariş edib poçtla evinizə gəlməsini gözləsəz ya da ki bədən tərbiyəsi müəlliminizi öldürtmək üçün kirayə qatil tutsanız böyük ehtimalla başınıza həqiqətən nələrsə gələ bilər. “Deep web izlənilə bilməz” yalanına da inanmayın.
Bundan əlavə, tor brauzer müştəriləri sizin kompyuterinizi də bir “çıxış nöqtəsi” edəcəklər. Bu o deməkdir ki Deep web-ə girən hər hansısa bir isitfadəçi hər hansısa bir məzmuna öz İP-si ilə deyil sizin ya da başqa birini İp-si ilə girəcək. Yəni körpü rolunu oynayacaqsınız. Bu da o deməkdirki hər hansısa kimsə deyəkki narkotik sifariş verəcək amma nəticədə sizin İp istifadə olunacaq. Bu da sizin məsuliyyətə cəlb olunmanız deməkdir. Siz sifariş etməsəniz belə.

Gözlərimə inanımmı?
Həm hə həm də yox. Kirayə qatil elanına inanıb 10 min euro göndərməyi ağlınıza da gətirməyin. Silah elanlarının da həqiqi olmadığına əmin olun. Axı niyə biri internetdə qul satsınki? Digər tərəfdən də hə inanın. Dünya həqiqətən də orda göründüyü qədər iyrənc bir yerdir. Əmin olmaq üçün bir-iki gün qəzetlərin 3-cü səhifəsini oxuyun.

*tərcüməyə əlavə

Məqalənin müəllifi: Kaan Göktaş
Türkcədən tərcümə etdi: Ehtiram Müzəffərli

1 comment:

  1. This was such a cool article on he Darknet, amazing! I never knew a lot of it, and it doesn't surprise me to know people are buying passports drugs but hacked Paypal accounts didn't make sense but I guess they're open to many varieties of hacks Pretty crazy place if you ask me, one day I'll venture over to the dark side!
    Harold Burton

    ReplyDelete