2014-03-24

Postcard (poçt kart) necə göndərilir?

Salam, dostlar!
Hər birinizi salamlayıram. Sizlərə yerə-göyə sığdırmadığım postcard sevgimdən danışmaq istərdim. Amma buna vaxtımız çox olacaq, növbəti yazılarda bunu daha geniş yer ayıracam.
İndi isə sizə buna necə nail olmağım barədə, qısası bu sayt barədə məlumat verəcəyəm.
Əgər siz də xarici ölkələrdən sizə məktub, kart, hədiyyə gəlməsini istəyirsizsə yazacaqlarmı diqqətlə yerinə yetirin.
Saytın adı Postcrossing.com -dur. İstərdim qısaca olaraq bu layihə haqda məlumat verim. Daha sonra sayt necə işləyir buna toxunacam.
 Postcrossing online layihə olub, dünyanın müxtəlif yerlərindən olan istifadəçilərə poçt kart göndərmək və onlardan poçt kart qəbul etmək üçün əvəzsiz bir vasitədir. Sayt 2004-cü ilPaulo Magalhães tərəfindəndən təsis edilib. "Dünyanın hər hansısa bir yerinə- təsadüfi bir adama məktub göndər və sən də bir məktub al"  Göndərdiyin məktuba cavabın hansı ölkədən gələcəyi həmişə sirr kimi qalır.



Əvvəlcə hər biriniz Postcrossing.com saytında qeydiyyatdan keçirsiniz. Qeydiyyatdan keçdikdən sonra birinci addım olaraq - adres əldə etməkdir. Bunun üçün sol paneldə Send a postcard-a sonra da Request address-ə klikləyirsiz. Təlimatları yerinə yetirdikdən sonra adres və kod ( məsələn: AZ-1956) əldə edəcəksiniz. Həmin kod kartın qeydiyyat şifrəsidir. Əgər kodu kartın üzərində yazmağı unutsanız, kart ünvanına çatdıqda kartı alan adam onu qeydiyyatdan keçirə bilməyəcək. Bunun üçün kodu səliqəli, oxunaqlı bir şəkildə kartın üzərində bir yerə yazın. Bu minvalla, 5 dənə kart göndərə bilərsiniz. Kartlarınız sahibinə çatdıqda sizin adresiniz təsadüfü bir istifadəçiyə verilir. Onu da deyim ki, təzə qeydiyyatdan keçdiyiniz vaxt 5 dənədən artıq kart göndərə bilmirsiniz. Saytın sizə yeni 5 nəfərin ünvanını verməsi üçün isə daha əvvəl göndərdiyiniz kartların sahibinə çatması lazımdır.

Deyək ki göndərdiyiniz kart sahibinə çatdı və sizədə kartlar gəlib. Kartı qeydiyyatdan keçirtmək lazımdır. Bunun üçün Register a postcard-a klikləyirsiz. Sizə gələn kartın üzərindəki kodu qeyd edirsiz və kartı qeydiyyatdan keçirirsiniz.

Bundan əlavə  "Direct Swap" deyilən bir şey var ki, siz  istənilən ölkədən olan biriylə email vasitəsilə əlaqə saxlayaraq qarşılıqlı poçt kart göndərmək istədiyinizi bildirə bilərsiz. Amma bu kartların heç biri profilinizdə qeyd olunmur.



            HAPPY P O S T C R O S S I N G !

3 comments:

  1. Very nice collection :) hopefully my postcard will arrive in Azerbaijan soon :)

    ReplyDelete
  2. Thank you :-)

    I hope so. Hope that i'll recieve it asap :)

    ReplyDelete
  3. Happy Postcrossing Ehtiram \(^_^)/

    ReplyDelete